“Bakı Metropoliteni”ndə təlimlər keçirilir
Tarix: 22.11.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Noyabrın 21-dən 25-dək “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün “Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzusunda təlimlər keçirilir.
Təlimlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır.
Təlimləri bu sahədə nəzəri və praktiki beynəlxalq təcrübəyə sahib olan “İntelligent Solutions İnternational” LTD şirkətinin mütəxəssisləri aparırlar.
“Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzuları üzrə qruplar şəklində təşkil olunan təlimlər çərçivəsində 250 nəfər metropoliten əməkdaşına metropolitendə baş verə biləcək terror-təxribat və digər qanun pozuntuları (vandalizm, cibgirlik və s.) zamanı qabaqlayıcı təhlükəsizlik tədbirləri və onların aradan qaldırılması barədə əlavə məlumatlar verilir. Bununla yanaşı, məşğələlərdə terrorizm və onun təzahürləri, bu tipli risklərin azaldılması istiqamətində nəqliyyatın təhlükəsiz istismarı və digər vacib məsələlər müzakirə edilir, eləcə də təhlükəsizliyin təşkili ilə bağlı beynəlxalq təcrübələrdən yararlanaraq mühazirələr oxunulur. 
Keçirilən təlimlərdə iştirakçılara təhlükəsizliklə bağlı videoslaydlar nümayiş olunur, həmçinin təlim iştirakçılarına terror və təxribat xarakterli hadisələr zamanı boşluqların müəyyənləşdirilməsi, onların aradan qaldırılması istiqamətində əlavə təkliflər verilir.
Metropolitendə təhlükəsizlik üzrə təlimlər - qəza hallarında insanların təxliyəsi, kimyəvi-bioloji- radioaktiv zəhərlənmənin əlamətlərinin aşkarlanması haqqında əlavə biliklərin verilməsini təmin edəcəkdir. 
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC əməkdaşlarının təhlükəsizliklə bağlı təcrübələrinin artırılması məqsədilə təşkil olunan təlimlər davamlı olacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycan nefti bahalaşıb
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info