Bakıda həmkarlar ittifaqlarının beynəlxalq seminarı işə başlayıb
Tarix: 22.11.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün təşkil etdiyi Sağlamlıq və Təhlükəsizlik üzrə beynəlxalq seminarı işə başlayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ev sahibliyi ilə keçirilən seminar “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunun müzakirəsinə həsr olunub.
Seminarın açılışında çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Mehbalıyev MDB ölkələrinin üzv təşkilatları üçün növbəti regional görüşün Azərbaycanda keçirilməsini ölkəmizin həmkarlar ittifaqlarının əməyin mühafizəsi, işçilərin sağlamlığı, ekoloji risk və təhlükələri problemlərinin yeni həlli yollarının axtarılması və tapılması istiqamətindəki fəaliyyətinə verilən qiymət kimi dəyərləndirildiyini bildirib.
AHİK sədri məlumat verib ki, Beynəlxalq həmkarlar ittifaqları hərəkatının, Beynəlxalq Əmək Təşkilatının dəyərlərinə görə bugünkü seminarda müzakirə edilən əməyin mühafizəsi məsələsi sosial müdafiə sahəsinə aiddir. Həmçinin iş yerlərində təhlükəsiz şəraiti, ekoloji təhlükəsizliyi təmin edən kompleks məsələləri əhatə edir. Bu da təsadüfi deyil, belə ki, bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.
Qeyd edilib ki, ekspertlərin hesablamalarına görə, hər il 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyonu isə peşə xəstəliklərindən əziyyət çəkirlər. Dünya miqyasında peşə xəstəlikləri və istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində birbaşa və dolayısı ilə dəyən ziyanın miqdarı 2,8 trilyon ABŞ dolları həcmində ölçülür.
Bildirilib ki, dünya ölkələri ilə müqayisədə son illərdə MDB məkanında xəsarətlərin sayında azalmalar müşahidə olunur, bununla belə onun göstəricilərinin səviyyəsi hələ də yüksəl olaraq qalır. Statistik məlumatlara görə, 2015-ci ildə ümumilikdə MDB ölkələri üzrə istehsalatda xəsarət alan işçilərin sayı həlak olanlar da daxil olmaqla 2010-cu ildəki 66 min nəfərdən 37 min nəfərə qədər azalıb.
Azərbaycanda baş verən istehsalat xəsarətlərindən bəhs edən S.Mehbalıyev bildirib ki, burada da mütləq göstəricilərə əsasən, xəsarətlərin azalması tendensiyası müşahidə olunur. Belə ki, 2010-cu ildə istehsalat sahəsində 266 xəsarət alan var idi isə bu rəqəm 2015-ci ildə 160 nəfər olub.
AHİK sədri çıxışında qeyd edib ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi daim Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən olub. Yeni Əmək Məcəlləsinin qəbul olunması və işçilərin sosial müdafiəsinin baş sazişlərdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində gücləndirilməsi məqsədilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan Milli Məclisi tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməsi hallarından icbari sığorta haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində işləyənlərin say reqlamenti, zərərli iş şəraitində işləyənlərin profilaktik qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı Əmək və Vergi məcəllələrinə düzəlişlər edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi, işi dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib.
S.Mehbalıyev vurğulayıb ki, AHİK beynəlxalq hüquq normalarına əsaslanaraq Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin mühafizəsi sahəsində Konvensiyalarının və Tövsiyələrinin ratifikasiya edilməsinə hazırlıq işlərində iştirak edir. Bir çox qanunvericilik və normativ aktlar üzrə AHİK-in təqdim etdiyi təkliflər “Analıq mühafizəsi haqqında” 183 saylı Konvensiyanın ratifikasiya edilməsini təmin edib. Hazırda BƏT-in əməyin mühafizəsi sahəsində Konvensiyalarının ratifikasiya edilməsi istiqamətində sosial tərəfdaşlarla birgə iş aparılır. Bunlar “Əmək və istehsalat mühitinin təhlükəsizliyi və gigiyenası haqqında” 155-ci, “Kənd təsərrüfatında əməyin gigiyenası və təhlükəsizliyi haqqında” 184-cü və “Əməyin təhlükəsizliyinin və gigiyenasının əsasları haqqında” 187-ci konvensiyalardır.
Diqqətə çatdırılıb ki, AHİK-in təşəbbüsü, yaxından iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməyin və sağlamlığın təhlükəsizliyi üzrə Milli strategiya layihəsi işlənib hazırlanıb və icra orqanları ilə razılaşdırılma mərhələsindədir.
İnsan sağlamlığı və ekologiya problemlərinə toxunan S.Mehbalıyev qeyd edib ki, həmkarlar ittifaqları sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində ekoloji problemlərin kompleks şəklində həlli üçün “yaşıl” texnologiyaların və standartların tətbiq olunması, layiqli əmək və həyat uğrunda mübarizənin mühüm hissəsi olan “yaşıl” iş yerlərinin yaradılmasının həlli yollarını arayıb müəyyən edirlər. AHİK və sahə həmkarlar ittifaqları bu və digər məsələlərin həyata keçirilməsində texniki müfəttişlərin, komissiyaların və əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin nəzarət funksiyalarının fəallaşması və gücləndirilməsi istiqamətində tədbirlər görürlər.
S.Mehbalıyev bildirib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin qarşısının alınması üzrə həmkarlar ittifaqlarının görəcəyi işlər BƏT-in, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu ilin oktyabrında Azərbaycan hökuməti və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Respublikasının Layiqli əmək üzrə 2016-2020-ci illər üçün Proqramı təsdiqlənib. Həmin Proqramın müddəalarının yerinə yetirilməsi sosial tərəfdaşlarla və Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Açılışdan sonra sosial tərəfdaşların və beynəlxalq qurumların nümayəndələrinin çıxışları dinlənilib.
Seminar işini üç gün davam etdirəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info