Yeni avtomobil yolunun inşasına başlanıb
Tarix: 22.11.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Abşeron yarımadasının şimal hissəsində, sahil boyu  12,7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib. 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. 
Sözügedən sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərdə çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirilərək yeni yol yatağı inşa olunur, yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür.
Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.
Hazırda yolda torpaq işləri həyata keçirilir, yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və buna paralel olaraq asfaltlanma işləri aparılacaq. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
“Bütün işlər “Azəarvtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.
Xatırladaq ki, Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunun yenidən qurulması yenicə yekunlaşıb, Binəqədi-Novxanı yolunun tikintisi isə hazırda davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakı” əməliyyatı
18.01.2019
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır
18.01.2019
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
18.01.2019
“Ziraat Bank Azərbaycan” üç vəzifə üzrə işçi axtarır
18.01.2019
“METAK“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info