Naxçıvana gələn turistlərin sayı artır
Tarix: 22.11.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikaya 328 min 213 turist gəlib. Bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4,8 faiz və ya 15 min 137 nəfər çoxdur. Muxtar respublikaya gələn turistlər arasında İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Suriya, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya, Yunanıstan və başqa ölkələrdən olanlar üstünlük təşkil edir.(AZƏRTAC)
Son illər muxtar respublikada turizmin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, internet resurslarında qədim diyarın turizm potensialının təbliği sahəsində işlər görülüb, onlarla reklam informasiya materialı buklet şəklində hazırlanaraq çap etdirilib.
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin turizm və otelçilik ixtisasları hamiliyə götürülüb, tələbələrin hazırlıq səviyyələrini artırmaq üçün seminarlar təşkil olunub, onların mədəniyyət müəssisələrində və mehmanxanalarda təcrübə keçmələri təmin edilib. Ötən il Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunub.
Hazırda muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. 1200-dən çox tarix-mədəniyyət abidəsi var. Eyni zamanda, bütün yaşayış məntəqələrini əhatə edən quruculuq işləri, istifadəyə verilən müasir turizm obyektləri turizmin inkişafı üçün geniş imkanlar açır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
01.12.2020
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41 nəfər vəfat edib
01.12.2020
Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı
01.12.2020
Füzulidə her şey dağıdılıb - Rusiyanin “Dojd“ telekanalının reportajı -VIDEO
01.12.2020
Ermənilər Laçını da bu cür tərk edir - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info