“Efiopiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır”
Tarix: 22.11.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın birinci xanımı Roman Tesfaye ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın hələ ötən əsrin 60-ci illərindən Efiopiya ilə təhsil və elm sahəsində yaxın münasibətlərinin olduğunu bildirən səfir E.Abdullayev ölkəmizin dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb. Dövlətimiz tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, Heydər Əliyev Fondunun geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, Fondun təşəbbüsü ilə ölkəmizdə mədəniyyətlərarası dialoqda qadının roluna həsr olunmuş və ümumiyyətlə bir sıra müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib. Səfir E.Abdullayev, həmçinin, Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə "Gənc qızların təhsili" adlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.
Efiopiyanın birinci xanımı Roman Tesfaye müasir dünyada, xüsusən də Afrika qitəsində gənc qızların bir çox problemlərlə üzləşdiyini qeyd edərək, ölkəmizin bu sahədə geniş fəaliyyətini yüksək qiymətləndirib. Efiopiyanın birinci xanımı Azərbaycan ilə bir çox aktual sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb.
Tural
 





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info