Azərbaycan və Rumıniya arasında nəqliyyat dəhlizləri ilə yükdaşımalar müzakirə edilib
Tarix: 22.11.2016 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ilə görüş keçirilib.
 
Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda son illər ərzində görülən işlər, Azərbaycanın tranzit imkanları, ölkənin nəqliyyat qurumlarının “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə danışıb.
 
İkitərəfli görüşdə “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı və “Azərbaycan Dəmir Yolları” QSC-nin bu sahədə fəaliyyəti, rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunub.
 
Rumıniyanın Azərbaycandakı səfiri D. Yanku ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsini vacib sayıb.
 
Xatırladaq ki, bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov Rumıniyada səfərdə olarkən Cənub-Qərb beynəlxalq marşrutu ilə yük daşımalarının təşkili imkanlarını müzakirə edib. Bu ilin oktyabr ayında isə C. Qurbanovun Tehranda apardığı danışıqlar zamanı “DB Cargo” şirkətinin iştirakı ilə sınaq qatarının məhz Rumıniyanın Konstansa şəhərindən Cənub-Qərb marşrutu ilə göndərilməsinə dair qərar qəbul edilib. Həmin qərara əsasən test qatarı Rumıniyanın Konstansa limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq.
 
Onu da qeyd edək ki, Rumıniyanın “Translogist Sistem SRL” şirkəti TransXəxər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin üzvüdür. Beləliklə, Rumıniyanın Azərbaycanla nəqliyyat sahəsində bu marşrut üzrə də əməkdaşlıq edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
21.01.2019
Neftin qiyməti bahalaşır
21.01.2019
Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info