Alimlər illüminatoru sensor displeyə çeviriblər
Tarix: 22.11.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Fransanın "Vision Systems" şirkəti tərəfindən təqdim edilmiş illüminatorlar planşet kompüterlərin funksiyasını yerinə yetirir.
"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, müasir təyyarələrdə illüminatorlar, bir qayda olaraq, 2-3 qatlı üzvi şüşədən ibarətdir. Bəzi sərnişin təyyarələrində illüminatorun pəncərəsi elektrokimyəvi şüşədən olur. Bu material öz optik xüsusiyyətlərini dəyişdirmək qabiliyyətinə (məsələn, elektrik enerjisinin təsiri ilə tündləşmək) malikdir.
"Acti-Vision Window" adlı yeni illüminator, həmçinin maye kristal ekran funksiyasını yerinə yetirir. İllüminator sensor panellə təchiz edilib və istifadəçi sonuncunun köməyi ilə vizual elementləri idarə edə bilər.
"Acti-Vision Window"da ekran və illüminator rejimləri arasında keçid aşağı hissədəki xüsusi zonaya toxunuş nəticəsində baş verir. Bu halda elektrokimyəvi şüşə tündləşir və işıqlandırma aktivləşdirilir. Bu halda displey rolunu yerinə yetirən ikinci şüşənin köməyi ilə sərnişin, məsələn, internet saytlara və ya şəkillərə baxa bilər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
4 Ətli dovğa
5 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info