BP: “Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır”
Tarix: 22.11.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Şahdəniz-2” təbii qaz layihəsi uğurla irəliləyir. Trans-Anadolu qaz boru kəmərini (TANAP) Azərbaycan təbii qazi ilə təmin edəcək “Şahdəniz-2” layihəsi üzrə işlər sürətlə davam edir və işlərin 80 faizi artıq tamamlanıb. Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır.
Anadolu agentliyi xəbər verir ki, bu sözləri “BP Türkiyə”nin prezidenti Mik Stamp deyib. Layihənin planlaşdırılan vaxtda bitirməyi hədəflədiklərini qeyd edən M.Stamp “Cənub” qaz dəhlizinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” qaz boru kəmərinin təməlinin bu ilin may ayında qoyulduğunu xatırladıb.
“Layihənin başlanğıc hissəsi olan “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” üzrə işlərin 50 faizi görülüb. “Şahdəniz-2” layihəsinin də 80 faizi tamamlanıb. Layihədəki şəriklərimiz ilə əməkdaşlığımız uğurla davam edir. Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır”, - deyə M.Stamp bildirib.
Enerji təminatının davamlılığı və təhlükəsizliyi baxımından milyard dollarlıq boru kəmərlərinin mühafizəsinin çox əhəmiyyətli olduğunu bildirən M.Stamp deyib: “Təhlükəsizlik boru kəmərləri üçün vacib şərtdir. BP öz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün daim investisiya yatırır”.
Boru kəmərlərinin enerji daşıyıcılarının nəqlinin əsas hissəsini təşkil etdiyini deyən M.Stamp təhlükəsizliyin həmişə vacib məsələ olduğunu bildirib.
“Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr təbii qaz çıxarılması planlaşdırılır. Bu qazın 6 milyard kubmetrinin TANAP ilə Türkiyəyə, 10 milyard kubmetrinin isə TAP ilə Avropaya nəql edilməsi planlaşdırılır. Yeddi şirkətin səhmdarı olduğu “Şahdəniz-2” layihəsində BP-nin 28,8 faizlik payı var.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
25.09.2018
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
25.09.2018
“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
25.09.2018
Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
25.09.2018
“Qırmızı Körpü” məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info