Kəllənin yarısı “3D” printerdə çap edilib
Tarix: 22.11.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Beşyaşlı Teddi Vard 2014-cü ildə gəzinti zamanı sürüşərək hündür qayadan yıxılıb və nəticədə kəlləsinin sol nahiyəsinin sümükləri sınıq-sınıq olaraq ciddi zədələr alıb. Uşağın sağ qalmasına baxmayaraq kəllənin dəyişdirilməsi üzrə əməliyyatı həyata keçirmək mümkün olmayıb və uşaq evə 24 saat geyinməli olduğu qoruyucu kaskada buraxılıb. Uşağın anası Liza Vardın sözlərinə görə, əvvəllər oğlu yorulmaq bilməyən uşaq olub, lakin zədələrə görə dostlarıgilə qonaq getmək və onlarla birlikdə oynamaq imkanından məhrum olub. Buna səbəb isə ananın onun qəflətən yerə yıxılmasına görə keçirdiyi narahatçılıq idi. Teddinin dostlarının valideynləri də xəstə uşağa görə məsuliyyəti öz üzərilərinə götürməmək üçün onu qonaq dəvət etməkdən ehtiyat edirdilər.
“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, lakin indi bunların hamısı keçmişdə qalıb. Los-Anceles Uşaq Xəstəxanasının (Children`s Hospital of Los Angeles) həkimləri uşağın probleminin həlli üçün çarə taparaq sənaye plastikindən implant yaradıblar. Müalicəni aparan həkim Mark Urata bildirib ki, bu material həqiqi sümük toxumalarının xüsusiyyətlərinə oxşar fiziki xüsusiyyətlərinə görə seçilir, implant isə uşaq üçün ideal şəkildə uyğun gəlib.
Ötən həftə keçirilən əməliyyat uğurla başa çatıb. İndi Teddi başı üçün ehtiyat etmədən dostlarla oynaya bilər. Həmçinin o, yıxılmamışdan əvvəl olduğu kimi aktiv uşağa çevrilib. Onun üçün yeganə məhdudiyyət futbola aiddir. Həkimlər onun bu oyunu oynamasını qadağan ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info