Rusiya patriarxı: “Ən böyük rus diasporu Azərbaycanda yaşayır”
Tarix: 22.11.2016 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Moskvada Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş keçirilib.
 
Patriarx Kirill bildirib ki, Moskva patriarxlığı ilə QMİ arasında əlaqələr yüksək səviyyədədir:
 
"Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir. Bizim tanışlığımızın davam etdiyi 30 il ərzində xalqlarımızın taleyində çoxlu hadisələr baş verib. Biz olduqca mürəkkəb dövr yaşamışıq, birgə yaşadığımız ölkə dağıldı. Bu proses heç də sülh yolu ilə olmadı. Bilirik ki, hələ də Dağlıq Qarabağ yarası qanayır. Mən, bu münaqişənin sülh yolu ilə həlli istiqamətində atdığınız addımları xüsusi ilə qeyd etmək istəyirəm. Bu çox xeyirxah və heç də asan olmayan missiyadır. Bir insan ədavəti olan iki xalqı barışdıranda, hər zaman böyük riskin altına girmiş olur. Bu missiyanı həyata keçirənlər yaxşı başa düşürlər ki, sülh hər şeydən üstündür".
 
Patriarx Rusiya ilə Azərbaycanın bir-birinə sıx bağlı olan ölkələr olduğunu vurğulayıb: "Ən böyük rus diasporu Azərbaycanda yaşayır. Ruslar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Eyni sözləri Rusiyada yaşayan azərbaycanlılara da aid edə bilərik. Onların arasında siyasətlə, bizneslə məşğul olanlar var. Biz Rusiyada insanları milli mənsubiyyətinə görə bölmürük. Rusiyanın bütün vətəndaşları eyni hüquqlara malikdir. Onlara heç bir məhdudiyyət yoxdur. Məhz bu cür yanaşma Rusiyanın çoxmillətliyinin unikallığıdır”.
 
Patriarx Kirill Bakıdakı Pravoslav Yeparxiyasının fəaliyyətindən danışıb: "Sizin Bakı Pravoslav Yeparxiyasına verdiyiniz dəstəyi yüksək qiymətləndirirəm. Mehriban münasibətlərimizə, o cümlədən Azərbaycan hakimiyyətinin yeparxiyamıza verdiyi dəstəyə nümunə kimi Bakı Azərbaycan Yeparxiyası dini mədəni mərkəzin açılmasını göstərmək olar”.
 
Beynəlxalq terrorçuluqla mübarizədən danışan patriarx Rusiya ilə Azərbaycanın bu məsələdə eyni mövqedən çıxış etdiyini qeyd edib: "Bilirik ki, terrorçular təkcə xristianları deyil, öz qardaşlarını, müsəlmanları daha çox öldürür. Bu dəhşətdir. Eyni dini inanca və eyni milliyyətə məxsus insanların bir-birini öldürməsini heç bir siyasi məqsədlə izah etmək olmaz. Bütün bunlar dünya ictimaiyyətinin, o cümlədən dini icma nümayəndələrinin birgə səylərini tələb edir".
 
QMİ sədri Allahşükür Paşazadə isə çıxışına Patriarx Kirilli 70 illik yubileyi münasibəti ilə təbrik edərək bu münasibətlə Moskvada keçirilən tədbirlərə qatılmaqdan məmnunluğunu ifadə edib: "Çıxışınızda toxunduğunuz məsələlər dinindən asılı olmayaraq bütün insanlar üçün önəmlidir. Bu gün Azərbaycan üçün ən vacib problem Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin sülh yolu ilə həllində və münaqişənin dini münaqişəyə çevrilməməsi üçün göstərdiyiniz köməkdən məmnunuq. Azərbaycan xalqı və Prezidenti sizin bu məsələdə rolunuza çox böyük önəm verir. Bir qardaşınız kimi bu münaqişənin həllində yardım göstərməyə davam etməyinizi xahiş edirəm".
 
Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin Patriarx Kirillə 70 illik yubileyi münasibəti ilə göndərdiyi təbrik məktubunu oxuyub.
 
Görüşün sonunda A. Paşazadə Patriarx Kirillə Azərbaycan xalçası hədiyyə edib.      
Tural
 




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info