Gələn il üçün qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirilib
Tarix: 22.11.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinə həsr olunan ictimai müzakirə keçirib.
AZƏRTAC xəbər verir ki, iclasda icraçı direktor Fərasət Qurbanov, Milli Məclisin deputatı Şahin İsmayılov, şuranın üzvlərindən Anar Xəlilov, Nərgiz Eyvazova, Rufiz Qonaqov iştirak ediblər.
Tədbirdə əvvəlcə layihələrin elektron qəbulu, proqram təlimatının yeni versiyası təqdim olunub. Texniki məsələlərlə bağlı suallar cavablandırılıb.
Daha sonra icraçı direktor Fərasət Qurbanov müsabiqə mövzuları barədə məlumatlar verib. Bildirib ki, Şura hər il maliyyə yardımı müsabiqələrinin mövzularını təkmilləşdirir, QHT-lərin ixtiyarına yeni mövzular verir və onların çoxsahəli fəaliyyətini nəzərə alır. Bu il də eyni sistemin tətbiq olunması nəzərdə tutulub.
O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin iqtisadi, sosial sahədə olan problemləri, ailə, qadın və uşaq məsələləri mövzusu, insan-alveri, narkomaniya bu kimi digər zərərli vərdişlərdən gənclərin uzaqlaşdırılması üçün təklif olunan layihələr müasir dövrün tələbləri ilə səsləşməlidir. Bildirilib ki, hüquq mədəniyyətinin gücləndirilməsi, insan hüquq və azadlıqların müdafiəsi, demokratiya aid məsələlər də Şuranın diqqətindədir.
Sonda tədbir iştirakçıların təklifləri dinlənilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info