Gəncədə İqtisadi Forum
Tarix: 22.11.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Kaveh Zahidi: “Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb”

Gəncə şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” mövzusunda 2016-cı il üzrə İqtisadi Forumu öz işinə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, Forumda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib. Forumu giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə fəal əməkdaşlıq etdiyini, BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu bildirib. Qeyd edilib ki, 2002-ci ildən BMT-nin SPECA proqramına üzv seçilən Azərbaycan digər iştirakçı ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, proqrama üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrini daha da genişləndirib. Nazir müavini Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin, rəqabətə davamlı və ixrac yönümlü qeyri-neft iqtisadiyyatının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji tarazlığın təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən sistemli və kompleks tədbirləri Forum iştirakçılarının diqqətinə çatdırıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində digər bölgələr kimi Gəncənin də sürətlə inkişaf etdiyini, mühüm sosial və infrastruktur layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin Davamlı inkişaf üzrə müavini Kaveh Zahidi BMT-nin dünyada davamlı inkişaf məqsədlərinə nail olmaq üçün üzv dövlətlərlə fəal əməkaşlıq etdiyini, Azərbaycanın BMT-nin fəal üzvlərindən olduğunu vurğulayıb. Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar və əməkdaşlıq istiqamətlərindən danışan icraçı katib Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, BMT-nin təşəbbüslərinin Azərbaycanda həyata keçirilən müxtəlif proqramlarda öz əksini tapmasının əhəmiyyətini qeyd edib, qurumun yerli nümayəndəliyi ilə işgüzar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. BMT-nin Avropa regionu üzrə İqtisadi Komissiyasının icraçı katibi Kristian Fris Baxa tədbirin Gəncə şəhərində təşkilinə görə minnətdarlığını bildirib, iki gün davam edəcək İqtisadi Forumun tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb. Sonra İqtisadi Forum sessiyalarla işinə davam edib. "Dayanıqlı inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi üçün milli səviyyədə görülməli olan işlər, strategiyalar" mövzusunda təşkil edilmiş sessiyada çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, ölkəmizdə iqtisadi, sosial, ekoloji sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə 2012-ci ildən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Konsepsiyanın əhatə etdiyi əsas sahələr vətəndaş cəmiyyətinin ölkənin siyasi və iqtisadi məsələlərində rolunun artırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı, İKT-nin inkişafı ilə informasiya cəmiyyətinə keçidin təmin olunması və s. istiqamətlərindən ibarətdir. Nazir müavini sessiya iştirakçılarının suallarını cavablandırıb. Sessiyada digər iştirakçı ölkələrinin də hesabatları dinlənilib. Bundan başqa, İqtisadi Forum çərçivəsində "Transsərhəd əlaqələndirmə və bu sahədə islahatlar yolu ilə iqtisadi artımın tarazlaşdırılması məsələləri", "Statistik qiymətləndirmə və potensialın gücləndirilməsinin statistik zərurətləri" və "Ətraf mühitin davamlılığı və resursların istifadəsinin səmərəliliyi" mövzusunda sessiyalar təşkil edilib, proqrama üzv ölkələrin nümayəndələri və SPECA ekspertləri məruzələrlə çıxış ediblər. Forum bu gün "Bərabərlik, inklyuzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması" və "SPECA-nın qiymətləndirilməsi" sessiyaları ilə işini davam etdirəcək. Bu gün həmçinin, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbərlər Şurasının 11-ci iclası keçiriləcək. Şuranın təşkilati məsələlərinə baxılacaq, növbəti il üçün sədr ölkə və Şuranın 12-ci iclasına dair qərar qəbul olunacaq. Sonda “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” Gəncə Bəyannaməsi qəbul ediləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info