Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirləri dünya KİV-lərində
Tarix: 22.11.2016 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə noyabrın 16-18-də Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Sinxua (Çin), ANSA, AGI (İtaliya), Yonhap (Koreya Respublikası), Anadolu (Türkiyə), TASS (Rusiya), AGERPRES (Rumıniya), HINA (Macarıstan), BNA(Bəhreyn), SPA (Səudiyyə Ərəbistanı), WAM (Birləşmiş Ərəb Əmirlikləri), QNA (Qətər), KUNA(Küveyt), Belta (Belarus), Kabar (Qırğızıstan), İRNA (İran) agentliklərinin, eləcə də TRTteleviziya kanalının yaydıqları xəbərlərdə V Konqresdə və XVI Baş Assambleyada müzakirə olunan aktual məsələlərə, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərin birgə açılış mərasimindəki nitqinə, dövlət başçısının iştirakçıların bir qrupu ilə görüşünə geniş yer verilib.
Dünyanın aparıcı KİV-lərinin yaydıqları xəbərlərdə Bakı Konqresində və OANA-nın XVI Baş Assambleyasında müasir jurnalistikanın üzləşdiyi çağırışlar, yaranmış problemlərin birgə həlli yolları, yeni texnologiyaların imkanları, xəbər agentliklərinin innovasiyası, ənənəvi medianın transformasiyası, xəbər istehlakının gələcəyi kimi çox vacib mövzularda faydalı müzakirələrin aparıldığı, kreativ ideyaların səsləndirildiyi, təkliflərin irəli sürüldüyü diqqətə çatdırılır. Dünyanın beş qitəsindən 130-dan çox informasiya agentliyinin rəhbərlərinin Bakıda birgə fikir və təcrübə mübadiləsi aparması, eyni zamanda, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından bu tədbirlərin önəmi qeyd edilir.
İstisnasız olaraq bütün xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin V Konqresin və XVI Baş Assambleyanın birgə açılış mərasimindəki nitqindən sitatlar gətirilir, dövlət başçısının çox aktual məsələlərə toxunduğu vurğulanır.
Həmçinin tədbirlər çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın IP agentlikləri və Bəhreyn Xəbər Agentliyi arasında əməkdaşlıqla bağlı sənədlərin imzalandığı barədə məlumat verilir. Bildirilir ki, AZƏRTAC eyni vaxtda həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik edəcək.
İştirakçılara istinadla tədbirlərin Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən yüksək səviyyədə təşkil edildiyi qeyd olunur.
Məşhur “Getty Images” və Avropa Pressfoto agentlikləri isə öz saytlarında Bakı Konqresi və OANA-nın XVI Baş Assambleyası ilə bağlı fotoşəkillər yerləşdiriblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info