Ana ölümləri ilə bağlı 4 Perinatal Mərkəzin direktoru işdən çıxarılıb
Tarix: 22.11.2016 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


“Hər il ana ölümünə görə həkimlər, baş həkimlər, bəzi müəssisələrin direktorları cəzalandırılır. Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan ana ölümü ilə bağlı 4 Perinatal mərkəzin direktoru və 10-a yaxın həkim işdən çıxarılıb”.
Bunu APA-ya Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümləri səbəbindən Quba, Gəncə, Şəki və Sabirabad Perinatal mərkəzlərinin direktorları işdən çıxarılıb və müəssisənin rəhbərliyi tamamilə dəyişilib. Komissiya sədri qeyd edib ki, işdən çıxarılanlar arasında rəhbər işçilərlə yanaşı, cərrahiyyə və doğuş şöbəsinin müdirləri, cərrah, ginekoloq, anestezioloq, hətta kənddə antonental qulluğu yararsız yerinə yetirən tibb bacısı-“mamaça” da var.
S. Məmmədova vurğulayıb ki, ölkədə ana ölümlərinin azalması istiqamətində işlər görülür. 1993-cü ildə ana ölümü hər 100 min diridoğulmaya 60, 1994-cü ildə 70, 1996-cı ildə isə 57 olmuşdusa, son illər bu rəqəmlər stabil olaraq, 25-26-dan yuxarı qalxmır: “Bu da Səhiyyə Nazirliyi və dövlətin bu problemə olan diqqətin nəticəsidir. Respublikada baş verən ana ölümləri dərhal təhlil olunur, tibbi məhkəmə ekspertizadan keçdikdən sonra səbəblər Doğuşayardım Komissiyasında araşdırılır, rəy verilir, müvafiq dinləmələrdən sonra komissiyanın qərarı açıqlanır. Tibbi yardımın təşkili şöbəsi bu qərardan asılı olaraq cəza tədbirləri görür. Son illər ana ölümünün strukturu da dəyişilib. İndiyə kimi ekstrogenetal xəstəliklər, hamiləliklə əlaqəli olmayan xəstəliklər, qanaxmalardan baş verirdisə, son illər eksrogenetal xəstəliklərin, eklampsiya, preeklampsiya müalicəsinə yanaşmaların dəyişilməsi, müasir texnologiyaların istifadəsi, vaxtında diaqnoz qoyulması nəticəsində ana ölümündə rəqəmlərin azalmasına nail olunub".
MAHMUD




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info