Kənd Təsərrüfatı Nazirliyi: “Hər il təqribən 100 min baş heyvan süni yolla mayalandırılır”
Tarix: 22.11.2016 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq sahəsində strateji hədəfi heyvanların cins tərkibinin yaxşılaşdırılması və intensiv ferma modelinin genişləndirilməsidir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, intensiv ferma modelinin genişləndirilməsi tədbirləri çərçivəsində 2016-cı ilin doqquz ayı ərzində “Aqrolizinq” ASC-nin xətti ilə 3255 baş iribuynuzlu damazlıq heyvan ölkəyə gətirilərək ayrı-ayrı təsərrüfatlara dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq yolu ilə satılıb. İlin sonuna qədər daha 1500 baş iribuynuzlu və 1600 baş xırdabuynuzlu damazlıq heyvanın gətirilməsi nəzərdə tutulub. Pilot formada tətbiq edilən ətlik-südlük qaramaldan ibarət ailə heyvandarlıq təsərrüfatının yaradılması layihəsi çərçivəsində kompleks yanaşma təcrübəsi özünü doğruldub. Layihənin əhatə etdiyi üç rayonda dəyər zənciri üzrə 69 ailəyə güzəştli kredit və lizinq yolu ilə 513 baş təmiz qanlı simmental cinsli ətlik-südlük istiqamətli qaramal verilib. Hazırda qeyd edilən ailə təsərrüfatlarında heyvanların baş sayı artaraq 900-ə çatıb.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin miqyasının daha da sürətləndirilməsi məqsədilə süni mayalama işinə xüsusi önəm verilir. Respublika Süni Mayalama Mərkəzinin xarici ekspertlərin iştirakı ilə modernləşdirilməsi və eyni zamanda, 12 regional süni mayalama mərkəzinin yaradılması hesabına fermerlərin bu xidmətə çıxışı asanlaşdırılıb. Burada yaradılmış tədris mərkəzi bu sahədə ölkənin peşəkar kadrlara olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Belə ki, beynəlxalq məsləhətçilərin hazırladıqları təlim proqramları əsasında mütəxəssis hazırlığı aparılır və layihə çərçivəsində 126 nəfər təlimdə iştirak edib.
Hazırda ölkədə 358 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir və hər il təqribən 100 min baş mal süni yolla mayalandırılır. Süni mayalama yolu ilə alınmış yeni doğulan hər baş cins buzova görə müəyyən olunmuş 100 manat məbləğində subsidiya tədbiri isə bu istiqamətdə mühüm stimullaşdırıcı amildir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info