Qafqaz Universiteti İndoneziya universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 22.11.2016 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Sumatra Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıb. İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dr. H. Husnan Bey Fananie , İdoneziya dövlətinin təhsil üzrə nümayəndələri, Sumatra Dövlət Universitetinin rektoru professor Saidurrahman və professorlardan ibarət nümayəndə heyəti Qafqaz Universitetində olub. Universitetin rektoru professor Havar Məmmədov qonaqları salamlayıb və universitet haqda ətraflı məlumat verib. Rektor bildirib ki , 23 il tarixi olan Qafqaz Universitetində 3 fakültədə 24 ixtisas üzrə mütəxəsis hazırlanır. Müəllimlərinin əksəriyyətini gənc alimlər təşkil edən universitetdə ixtisasların 60 faizdən çoxu ingilis sektorudur. Universitetin maddi –texniki bazası və tədris planı imkan verir ki, müasir və beynəlxalq standartlara cavab verən tədris prosesi həyata keçirək. Kimya , Biologiya, kompyuter laborotoriyaları, mühəndisliyin 11 sahəsi üzrə laborotoriyalar , Texnopark və digər sahələr üzrə müasir texnologiyalı laborotoriyalarımız tələbələrin ixtiyarındadır. Eyni zamanda bu laborotoriyalarda müəllimlərimiz də elmi tədqiqat işləri aparırlar. Onu da qeyd edim ki, universitet tam elektronlaşıb. Məzunlarımız ölkədə və eləcə də ölkə xaricində ən nüfuzlu şirkətlərdə işləyirlər.Universitetin beynəlxalq əlaqələri çox genişdir.Universitet olaraq həm beynəlxalq layihələrdə iştirak edirik həmdə hal-hazırda dünyanın 27 xarici ölkəsindən tələbə təhsil alır. Sizin ölkənizdən də 2 tələbə təhsil alır. Onlar universitet şəhərciyində yerləşən müasir tələbə yataqxanasında yaşayırlar. Universitetimizdə Multikulturalizm Elm-Tədris Mərkəzinin fəaliyyət göstərir. Universitetdə multikulturalizm mühiti mövcuddur.
Cənab səfirlə ilk görüşümüzdə iki ölkə universitetləri arasında əməkdaşlığın əhəmiyyətindən danışmışdıq. İlk görüşümüzdən az müddət keçməsinə baxmayaraq İndoneziyadan səfirin təhsil üzrə nümayəndə heyəti ilə universitetimizə təşrif buyurması təqdirəlayiqdir. Ümumiyyətlə səfir az müddətdə xalqlarımız arasında əlaqələrin inkişafı üçün xeyli iş görüb. Beynəlxalq tolerantlıq günü ilə əlaqəli keçirilən tədbirdə onun çıxışı və pianoda ifası tədbir iştirakçıları tərəfindən alqışlandı.
Rektor Azərbaycanda təhsilə olan dövlət qayğısından ölkəmizdə xüsusən mühəndislik sahəsində ehtiyac olan ixtisaslar üzrə mütəxəssis hazırlığına dövlət tərəfindən verilən önəmdən danışıb.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dr. H. Husnan Bey Fananie Qafqaz Universitetində səmimi qarşılanmaya görə rektora təşəkkürünü bildirdi. Qafqaz Universiteti də beynəlxalq reytinqi olan universitetdir. Nümayəndə heyətinin gəlişində məqsəd həm təhsil həmdə universitetinizdə fəaliyyət göstərən Multikulturalizm Elm-Tədris Mərkəzi ilə əməkdaşlıq etməkdir.
İndoneziya hökumətini təmsil edən Məhəmməd Zain təhsil sahəsində həyata keçirdikləri layihələr və mübadilə proqramları haqda məlumat verib. O bildirib ki, ölkələri yerli tələbələrin xaricdə, xarici tələbələrində İndoneziyada olan 5000 universitetdə təhsil almaları üçün təqaüdlər də ayırır. O qeyd edib ki, bu görüşdən sonra ölkələrimiz arasında tələbə mübadiləsi artacaq.
Sumatra Dövlət Universitetinin rektoru professor Saidurrahman ölkəsinin təhsil sistemi və rəhbərlik etdiyi universitet haqda ətraflı məlumat verib. Rektor bildirib ki , Sumatra Dövlət Universitetinin 45 illik tarixi var. Universitetdə hal-hazırda 8 ixtisas üzrə 16 000 tələbə təhsil alır. Qafqaz Universitetində olan ixtisaslar bizim universitetə tam uyğun gəlir. Bu da imkan verir ki , biz akademik və tələbə mübadiləsi aparaq.
Çıxışlardan sonra hər iki rektor əməkdaşlıq müqaviləsini imzalayıb. Müqaviləyə əsasən universitetlər arasında birgə layihələr, konfranslar, müəllim və tələbə mübadiləsi həyata keçirmək nəzərdə tutulub.Universitetdə təhsil alan iki indoneziyalı tələbəyə Qafqaz Universitetinin rektoru Havar Məmmədov təhsildə fərqləndiklərinə görə təşəkkürnamə verib. Universitetin maddi – texniki bazası və Multikulturalizm mərkəzi ilə tanış olan nümayəndə heyəti məmnunluqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info