Mingəçevirdə bədii gimnastika üzrə Azərbaycan birinciliyi
Tarix: 22.11.2016 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları keçirilib. İki gün davam edən yarışda balacalar, yeniyetmələr və gənclər yaş qruplarında 103 gimnast və 9 komanda iştirak edib.
İdmançılar “Ocaq Sport” Klubunu, Respublika Kompleks İdman Məktəbini, Bakı Gimnastika Məktəbini, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətini, “Gömrükçü” İdman Klubunu, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialını, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil ediblər. Turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan olan idmançılar da çıxış ediblər. Ölkə birinciliyində balacaların fərdi çoxnövçülük üzrə yarışında, 2008-ci il təvəllüdlü gimnastların mübarizəsində Nərminə Bayramova qızıl medal qazanıb. 2007-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Məmmədzadə birinci yeri tutub. 2006-cı il təvəllüdlü atletlərin mübarizəsində isə Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bölgələrarası kubok yarışlarında 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion adını qazanıb. 2007-ci il təvəllüdlülər arasında Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastların yarışında isə Leyli Ağazadə qızıl medala sahib olublar. Yeniyetmələrin mübarizəsində Arzu Cəlilova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nərminə Səmədova yarışı ikinci, Nəzrin Cəfərzadə isə üçüncü pillədə başa vurublar. Gənclərin yarışında Zöhrə Ağamirova fərqlənib. Dərya Farşbafşəhriyari ikinci, Ukrayna təmsilçisi Aleksandra Yaremçuk isə üçüncü olublar. Komanda yarışında isə qrup hərəkətlərində ilk üçlükdə “Ocaq-1”, “Ocaq-2” və “Gömrükçü” kollektivləri qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info