Yeni il tətili üçün turistlərin seçimi başlayır
Tarix: 23.11.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


BMT-nin Dünya Turizm Təşkilatı Baş Assambleyasının 2015-ci ilin sentyabrında Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul olunmuş qətnaməsinə əsasən 2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” elan edilib.
“Beynəlxalq davamlı turizm ili”nin müvafiq tədbirləri hökumətlər, BMT-nin aidiyyəti qurumları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. “Beynəlxalq davamlı turizm ili”nin BMT-nin Dünya Turizm Təşkilatına digər üzv ölkələr ilə yanaşı, Azərbaycanda qeyd edilməsi məqsədilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib. Qeyd edək ki, “Beynəlxalq davamlı turizm ili”nin qeyd edilməsinin əsas məqsədi turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması və təbliği, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.
Bu günlərdə isə turizm sahəsində 2017-ci ilin səkkiz əsas trendi açıqlanıb.
“Booking.com” şirkətinin mütəxəssisləri müxtəlif ölkə sakinləri arasında apardıqları sorğu nəticəsində turizm sahəsində 2017-ci il üçün səkkiz əsas trendi müəyyən ediblər. Ekspertlər proqnoz verirlər ki, gələn il turizm sahəsində texnologiyaların rolu artacaq. Belə ki, respondentlərin 44 faizi hesab edirlər ki, səyahəti smartfon vasitəsi ilə planlaşdıra biləcək və səyahət üçün mobil proqramlardan istifadə edəcəklər. Həmçinin 2017-ci ildə istirahət və ezamiyyət arasındakı sərhədin silinəcəyi gözlənilir. Sorğu iştirakçılarının 75 faizi yeni şəhərlərlə tanışlıq üçün ezamiyyətlərini uzatmaq niyyətindədirlər.
Respondentlərin 44 faizi bildirib ki, 2017-ci ildə səyahət üçün yeni istiqamətlər seçəcəklər, 47 faizi isə heç bir dostunun olmadığı yerə gedəcəklərini qeyd edib.
Səyahətçilər, həmçinin xaricdə sağlamlıqlarına diqqət yetirəcəklərini bildiriblər (məsələn, spa mərkəzlərinə baş çəkəcəklər). 2017-ci ilin daha bir trendi ekoturizmin populyarlığının artması olacaq.
Bundan əlavə, insanlar istirahət zamanı alış-verişdən çox, emosiyalara üstünlük verəcəklər. Belə ki, respondentlərin 48 faizi pullarını yeni təəssüratlara xərcləyəcəyini bəyan edib. Eləcə də 2017-ci ildə turistlər düzgün xidmət göstərən hotellərə üstünlük verəcəklər. Bundan əlavə, respondentlərin 44 faizi etiraf ediblər ki, 2017-ci ildə Aya və ya okeanın dibinə səyahət etmək istəyir.
Bu məlumatlar dünyanın on müxtəlif ölkəsində aparılan sorğu nəticəsində əldə edilib. Tədqiqatda hər ölkədən min nəfər iştirak edib.

ABŞ, vətəndaşlarına AB-yə getməməyi tövsiyə edir
2017-ci ilin turist səyahətləri ilk olaraq yeni il səfərləri ilə başlayır. Yeni il səyahəti ilə bağlı ilk xəbər ABŞ-dan gəlib. Belə ki, ABŞ öz vətəndaşlarına AB-yə getməməklə bağlı xəbərdarlıq edib. Belə ki, Vaşinqton, Amerika vətəndaşlarından Milad və yeni il tətillərində xüsusilə sıxlıq bölgələrdən uzaq durmasını istəyib.
ABŞ Xarici İşlər Nazirliyi tərəfindən "Avropa səyahət xəbərdarlığı” başlıqlı açıqlamada Avropa daxilində, xüsusilə yaxınlaşan Milad və yeni il tətillərində baş verə biləcək terror hücumlarına qarşı öz vətəndaşlarına xəbərdarlıq edib.
Açıqlamada Amerika vətəndaşlarının festivallar, tədbirlər, açıq sahədəki bazarlar, restoranlar, kütləvi nəqliyyat vasitələri, turistik sahələr və ibadət yerlərində diqqətli olmasının lazım olduğu vurğulanır.
Bu xəbərdarlığın 20 fevral 2017-ci ildə sona çatacağı bildirilir və etibarlı məlumatların, terror təşkilatı “İŞİD”, Əl-Qaidə və tərəfdaşlarının tətil dövründə Avropada hücumlar planlaşdırdığı göstərilir.

Türkiyə isə yeni ildə
rus turistləri gözləyir


Rusiya ilə yaşanan böhran səbəbiylə 2016-cı ilin yazında Türkiyəyə gələ bilməyən ruslar, yeni ili Antalyada qeyd etmək istəyirlər. Hazırda rus turistlər, yeni il tətil paketlərinə axın edirlər. Türkiyə turizmində 2016-cı ildə 80 faiz eniş yaşanan Rusiya bazarı təkrar canlanır. Yeni ili xaricdə qarşılamaq istəyən minlərlə rus turist, Türkiyədəki tətil paketlərini satın almağa başlayıb. "Rusiyadan sürpriz qış tələbi" ilə açıqlama verən Rusiya Tur Operatorları Birliyinin (ATOR) səlahiyyətliləri, "Yeni ilə xaricdə girmək istəyən rusların istiqaməti Türkiyə oldu" deyiblər. “Kommersant” qəzetinə açıqlamasında ATOR səlahiyyətliləri bildiriblər ki, Rusiya turizm sektoru Türkiyəyə axın edir. İsti yay aylarını geridə buraxmış olmağımıza baxmayaraq, oktyabr ayında Türkiyə destinasiyası bir əvvəlki ilə görə 113 faiz tələblə artım göstərib. Yalnız iki ayda, qadağaların qalxması və çarter uçuşların başlamasıyla təxminən 500 min rus vətəndaşı Türkiyəni ziyarət edib. Rusiyanın qabaqcıl “TezTour” və “Tui” kimi nəhəng tur operatorları isə " Türkiyədəki turizmçiləri yaxşı bir yeni il gözləyir "deyib.
“TezTour”un səlahiyyətli nümayəndələrindən olan Larisa Ahanova, Türkiyəyə tələbin qış aylarında da normadan artıq olduğunu bildirərək, xüsusilə dekabr ayının sonu ilə yanvar ayının əvvəllərində yeni ili qeyd etmək üçün çox sayda rus turistin Türkiyəni seçdiklərini deyib. “Tui” operator şirkəti isə Türkiyəyə tələbin artması ilə bağlı çarter səfərlərini davam etdirmək qərarı aldıqlarını bildirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info