“Türkiyə ali təhsil müəssisələri ilə UNEC-in əməkdaşlığı yeni inkişaf trendi yaradacaq”
Tarix: 23.11.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Bakıya səfəri çərçivəsində türkdilli təhsil müəssisələrini ziyarət edən Y.Topçu UNEC-in Türk Dünyası İşlətmə Fakültəsində (TUDİFAK) təhsil alan tələbələrlə görüşüb.
Türkiyədə fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü də görüş zamanı Y.Torçunu müşayiət edib. Görüşdən öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Fakültə dekanı Ferrux Tuzcuoğlu bildirib ki, Yalçın Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Cavid Mövsümlü “Yerli Düşüncə” dərnəyinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dərnəkdə çoxlu sayda Türkiyədə təhsil alan azərbaycanlı tələbələr var. Dərnək onların bütün tədbirlərinin təşkilində, eləcə də problemlərinin həllinə yaxından dəstək olur. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. Qeyd edib ki, bütün türk dünyası bir ailədir, amma Türkiyə və Azərbaycan əkiz qardaşdır. Y.Topçu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına BMT və digər beynəxalq təşkilatların münasibətini də diqqətə çatdırıb: "Xocalı soyqırımına, 1 milyondan çox qaçqın və məcburi köçkünə baxmayaraq, onlar susurlar. Çünki bilirlər ki, Azərbaycan torpaqları işğaldan azad olsa, ölkənin inkişafının qarşısında dayanmaq olmayacaq. Buna görə də Azərbaycanı Dağlıq Qarabağ məsələsi ilə məşğul edirlər". Y.Topçu Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanla bərabər, bütün türk-islam dünyasına faydası olacağını da qeyd edib. UNEC-də təhsilin həm də türk dilində aparılmasını yüksək qiymətləndirən Y.Topçu bildirib ki, Türkiyə ali təhsil müəssisələri ilə UNEC-in birlikdə əməkdaşlığı yeni inkişaf trendi yaradacaq. O, bu istiqamətdə Türkiyə dövləti tərəfindən hər zaman diqqət və qayğının göstəriləcəyini də vurğulayıb. Sonda Yalçın Topçu tələbələri maraqlandıran sualları cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info