Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunub
Tarix: 23.11.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında geniş qeyd olunur. Bayram ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Palitra”ya bildiribər ki, bayramla əlaqədar silsilə tədbirlər təşkil olunub, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib, habelə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilib, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend və qısametrajlı film hazırlanıb. Peşə bayramlarını sonsuz iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər dünən əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov builki peşə bayramının həm də ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunması ilə əlamətdar olduğunu, əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonra Prezidentin bir qrup ədliyyə işçisinin təltif olunması barədə sərəncamı elan olunaraq yüksək dövlət təltifləri həmin şəxslərə təntənəli təqdim olunub, habelə fəaliyyətində fərqlənmiş digər əməkdaşlara xüsusi rütbələr və mükafatlar verilib.
Tədbirə dəvət olunmuş rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar. Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, ədliyyə sistemində gənclərə hər zaman xüsusi qayğı ilə yanaşıldığını dərin minnətdarlıq hissi ilə qeyd edib, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info