Marneulidə müasir tədris mərkəzinin açılışı olub
Tarix: 23.11.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda müasir tədris mərkəzi açılıb. Mərasimdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, barış və inteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğalı, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva iştirak ediblər.
Qubernator Paata Xizanişvili Marneulidə yaşayan milli azlıqların gürcü dilini öyrənmələrində bu mərkəzin müstəsna rol oynayacağını bildirib. O, mərkəzin azərbaycanlıların təşəbbüsü ilə açılmasını nümunəvi addım kimi qiymətləndirib.
Merab Topçişvili deyib ki, mərkəz xalqlarımız arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Samirə Ağayeva mərkəzin açılışını “Bilik günü” adlandırıb, uşaqların və yeniyetmələrin müasir standartlara uyğun metodlarla təhsil alacaqlarına inamını ifadə edib.
Digər çıxış edənlər mərkəzin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu söyləyib, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info