Azərbaycan və Gürcüstan gömrükçüləri sanitariya və fitosanitariya sahəsində Avropa standartlarına dair təlimdə iştirak ediblər
Tarix: 23.11.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlir Xidmətinin nümayəndələri noyabrın 21-23-də Sərhəd Keçid Məntəqələrində (SKM) sanitariya və fitosanitariya yoxlamaları üçün risklərin idarə olunması və risk təhlilində Avropa standartlarının istifadəsinə dair ikitərəfli təlimdə iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, təlim "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində keçirilib. Birgə layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Ümumilikdə, Azərbaycanın Tovuz, Astara, Xaçmaz, Balakən, Biləsuvar SKM-ləri və Gürcüstanın Qardabani və Kazbegi SKM-ləri kimi əsas sərhəd məntəqələrini təmsil edən 25 nümayəndə Bakıda üç günlük təlimdə iştirak edib.

Latviya Qida və Baytarlıq Xidmətinin Sərhəd Nəzarət İdarəsinin Fitosanitar məsələləri üzrə direktor müavini Kristina Romanova təlim aparmaq üçün beynəlxalq ekspert kimi dəvət olunub. O, Aİ-nin Fitosanitar idxal nəzarət sistemi, idxal olunan heyvan ərzaq və bitkilərin risk analizi üzrə standartları, eləcə də risk qiymətləndirilməsi üçün iş prosedurları haqqında məruzələrlə çıxış edib. K.Romanova Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqələrində nəzarət prosedurlarının sanitar və fitosanitar təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub: "Beynəlxalq ekspertlər bu layihə çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlir Xidməti müfəttişləri üçün bir sıra təlim və seminarlar keçirəcək. Mən ümid edirəm ki, bu təlim həmçinin sərhəd-keçid məntəqələrində SPS yoxlamaları, risk təhlilləri və ərzaq təhlükəsizliyi sahəsində işləri təkmilləşdirəcək".

Təlim çərçivəsində iştirakçılar sanitar və fitosanitar nəzarəti üzrə Dövlət Gömrük Komitəsinin iş prosedurunu öyrənmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasında da olublar.

UNDP strateji tərəfdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev iki ölkənin gömrük nəzarət sistemlərinin uyğunlaşdırılması və bu sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsi yönündə təlimin vacibliyini vurğulayıb. "Bu, xüsusilə sərhəd keçid məntəqələrində SPS nəzarət sahəsində Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlir Xidməti arasında sıx əməkdaşlıq, ticarətin asanlaşdırılması və məlumat mübadiləsini inkişaf etdirmək üçün çox vacibdir", - deyə o bildirib.

Layihənin ümumi məqsədi Gürcüstan və Azərbaycan arasında sərhəddən malların hərəkətinin asanlaşdırılmasına töhfə verməkdir. Eyni zamanda, bu addım hədəf ölkələr və Aİ üzv dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vasitəsilə təhlükəsiz sərhədləri təmin etmək üçün vacibdir. Layihə institusional inkişafı və Gürcüstan Gəlir Xidməti və Azərbaycan Dövlət Komitəsinin bacarıqlarının artırılması, o cümlədən SPS nəzarət və müvafiq olaraq məlumat mübadiləsini həyata keçirmək üçün bacarıqların artırılmasını dəstəkləyir. Daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin olunması yolu ilə öz əməliyyat imkanlarının artırılması da nəzərdə tutulur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info