Azərbaycan məhsulu Səudiyyə Ərəbistanında keçirilən qida sərgisində nümayiş olunur
Tarix: 23.11.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Ulduz” şokolad fabrikinin məhsulları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “FOODEX SAUDİ 2016” beynəlxalq qida sərgisində nümayiş olunur.
“Veysəloğlu” Şirkətlər Qrupundan bildiriblər ki, fabrik beynəlxalq sərgidə “Made in Azerbaijan” adı altında Azərbaycanı təmsil edir. Noyabrın 24-dək davam edəcək “FOODEX SAUDİ 2016” sərgisinə, ümumilikdə, dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi qatılıb.
Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı, Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri təmsil olunurlar.
“Ulduz” fabriki özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Luiş Fiqu Bakıya gəlir: “Final möhtəşəm olacaq“ - VİDEO
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
24.05.2019
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info