“Ermənistanın silah almağa pulu yoxdur”
Tarix: 23.11.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Elxan Şahinoğlu: “Dağlıq Qarabağın “müstəqilliyini” istəyən Ermənistan özü müstəqilliyini itirib”

“Bloomberg” agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib. Bəlkə də bu xəbər yerinə düşdü. Çünki, bu xəbər Ermənistanı anlatmalıdır ki, bu qədər silah və sursat hərbi kazarmalarda saxlanmaq üçün alınmır. Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır: “Faktiki Azərbaycan hər ehtimala qarşı gələcək hərbi toqquşmaya hazırlanır. Çünki, indiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmadı. Əksinə, ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin “paket həll” variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək.
Danışıqlarda hazırkı susqun gedişat Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində belə bir inam formalaşdırır ki, torpaqları geri almaq üçün mütləq ordudan istifadə etmək lazım gələcək. Apreldəki döyüşlər də buna nümunədir. Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi geri aldı və Ermənistan bu yüksəklikləri yenidən nəzarəti altına almaq üçün əks-hücuma keçmədi. Reallıqla barışdı. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər”. Elxan Şahinoğlunun sözlərinə görə, qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğal altındakı torpaqları geri qaytarmayacaq:
“Azərbaycanın silah və hərbi texnikanı yalnız Dağlıq Qarabağ münaqişəsinə görə əldə etmir. Azərbaycan həssas bölgədə yerləşir. Belə bir bölgədə Azərbaycan mütləq şəkildə güclü orduya malik olmalı və silahlanmaya böyük pullar xərcləməlidir.
Birincisi, Azərbaycan güclü ordu formalaşdırmaqla kənar müdaxilələrdən özünü qoruyur və sığortalayır.
İkincisi, Yaxın Şərqdəki müharibələr və dövlətlərin parçalanması da Azərbaycanı güclü orduya malik olmasını diqtə edir.
Dağlıq Qarabağ münaqişəsi olduğuna görə bölgənin böyük dövlətlər Azərbaycanın silahlamaya milyardlarla dollar xərcləməsinə normal yanaşırlar. Ancaq Azərbaycanın torpaqları işğal altında olmasaydı böyük dövlətlər rəsmi Bakının silahlanmaya bu qədər xərcləməsini narahatlıqla qarşılayardılar.
Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Ona görə də Moskva “İsgəndər” raketlərini Ermənistanda yerləşdirdi.
Buna cavab olaraq rəsmi Bakı hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişməsinə çalışır. Hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. “İsgəndər” raketləri müvəqqəti olaraq Ermənistanı müəyyən üstünlük qazandırıb. Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Azərbaycanın maliyyə gəlirləri ötən illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da Rusiyanın “Sputnik” agentliyinə verdiyi son müsahibədə etiraf edib. Sərkisyanın ən böyük etirafı o idi ki, Ermənistanın silah almağa pulu yoxdur”.
Politoloq onu da deyir ki, silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur və bu onun müstəqlliyini məhdudlaşdırır: “Belə çıxır ki, illərlə Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info