Danimarka qaçqınların qəbulu proqramında iştirakını müvəqqəti dayandırıb
Tarix: 23.11.2016 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Danimarka hökuməti Krallığın BMT-nin kvotası üzrə qaçqınların qəbul edilməsi proqramında iştirakının müvəqqəti dayandırılmasını bəyan edib.
Danimarka KİV-ləri bu barədə məlumat verərək xatırladırlar ki, BMT-nin Qaçqınların işləri üzrə ali komissarı idarəsinin kvotasına uyğun olaraq bu ölkəyə hər il 500 nəfər sığınacaq axtaran insan gəlirdi. İnteqrasiya məsələləri üzrə nazir İnqer Stoyber ölkə parlamentində keçirilən görüşdə xatırladıb ki, Danimarkanın sosial, iqtisadi və mədəni sahədə yaranmış vəziyyətin öhdəsindən gələ bilməsi üçün bu ölkənin sözügedən proqramda iştirakını müvəqqəti dayandırmaq barədə qərar qəbul edilməsi zəruri idi. Nazirin fikrincə, bu qərarın həyata keçirilməsi sayəsində bələdiyyələr Danimarkaya gəlmiş qaçqınların qeydinə qalmaq üçün nəfəsini dərmək imkanı əldə edəcəklər. Qeyd edək ki, əhalisinin sayı 5,7 milyona yaxın olan Danimarkaya cari ilin 11 ayı ərzində təqribən 5700 qaçqın gəlib. Ölkənin hakimiyyət orqanları bu il Krallığa gələnlərin sayının keçənilki 21 min nəfərlə müqayisədə xeyli az olacağını gözləyirlər. Sosioloji sorğular göstərir ki, yaranmış vəziyyətdə qaçqınlar mövzusu ölkə vətəndaşlarını narahat edən əsas problemə çevrilib. Hərçənd, qaçqınlar çox vaxt Danimarkadan onunla qonşu İsveçə getmək üçün aralıq məntəqə kimi istifadə edirlər, çünki İsveçdə miqrasiya qanunları Danimarkadakı ilə müqayisədə qat-qat liberaldır. Buna baxmayaraq, Danimarka hökuməti miqrantları bu ölkəyə gəlməkdən çəkindirmək üçün bir sıra tədbirlər görüb. Məsələn, Danimarka hökuməti Almaniya ilə sərhəddə seçmə üsulla sərhəd nəzarəti tədbiri tətbiq edib. Danimarka hökumətinin ən çox mübahisə doğuran qərarlarından biri bu il qəbul edilmiş bir qanun layihəsidir. Həmin layihə polisin bu ölkəyə gəlmiş qaçqınların qiymətli əşyalarını müsadirə etməsinə imkan verir. Bu halda həmin qiymətli əşyalar hesabına əldə edilən pul qaçqınların özünün saxlanmasına və yerləşdirilməsinə sərf edilməlidir.





 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info