Gəncədə SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyası keçirilib
Tarix: 24.11.2016 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də Gəncədə keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində “Bərabərlik, inklyuzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması” və “SPECA-nın qiymətləndirilməsi” mövzularında sessiyalarla davam etdirib. Bundan başqa, iki gün davam edən Gəncə İqtisadi Forumunun nəticələri SPECA-ya üzv ölkələrin nümayəndələri ilə müzakirə edilib, SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyasına dair tövsiyələr qəbul olunub. Sonra BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 11-ci sessiyası keçirilib. UNESCAP-ın icraçı katibinin müavini Kaveh Zahidi, UNECE-in icraçı katibi Kristian Fris Baxa və iştirakçı ölkələrinin nümayəndə heyəti rəhbərləri yekun çıxış edib və iştirakçı ölkələr arasında əlaqələrin genişləndirilməsi barədə təkliflərini bildiriblər. Sessiyada İqtisadiyyat nazirinin müavini Sahil Babayev SPECA-nın 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlər, aparılan müzakirələr barədə məlumat verib, üzv ölkələrinin nümayəndələrinin suallarını cavablandırıb, səsləndirlən təkliflərin Katiblik və işçi qrupları səviyyəsində təhlil olunacağını diqqətə çatdırıb. SPECA-nın Rəhbər Şuranın 11-ci sessiyasında Türkmənistanın növbəti il üçün SPECA-ya sədrliyi, 2017-ci ildə İqtisadi Forumun və Rəhbər Şurasının növbəti - 12-ci sessiyasının bu ölkədə keçirilməsi barədə qərar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info