Türkiyədə ən qazanclı investisiya vasitəsi daşınmaz əmlakdır
Tarix: 24.11.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Bir neçə gündür ki, Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə "RecExpo II" - Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir. Sərgiyə yerli şirkətlərlə yanaşı, xarici ölkələrdən gələn qonaqlar da böyük maraq göstərirlər. Təsadüfi deyil ki, Türkiyənin “Sabah” qəzeti də məhz bu sərginin nə qədər önəmli olması ilə bağlı yazı dərc edib.
Yazıda göstərilir ki, qardaş ölkə olan Azərbaycanın paytaxtı Bakıda təşkil edilən “RecExpo” Beynəlxalq Daşınmaz və İnvestisiya sərgisində Almaniya, İspaniya və Portuqaliya kimi 11 ölkədən 100-ə yaxın layihə təqdim olunub. Türkiyənin ən böyük daşınmaz əmlak investisiya ortağı GYO və Daşınmaz Əmlak İnvestisiya Dərnəyi GYODER-lə yanaşı, stend quran 15 türk firması xaricilərin marağına səbəb olub. Azərbaycanın Türkiyə baxımından əhəmiyyətli bir bazar olduğuna diqqət çəkən daşınmaz əmlak sektorunun nümayəndələri bildiriblər ki, "İlk 9 ayda təxminən 500 mənzil alan azərbaycanlılar, Türkiyədən daha çox ev almaq üçün yaşamaqla bağlı icazə və ya vətəndaşlıq gözləyirlər".

Keçən il 5 milyard
dollarlıq satış olub

Xarici investorların Türkiyəni etibarlı liman olaraq gördüklərini deyən sektor nümayəndələri, "Hazırkı vəziyyətdə əcnəbiyə satış rəqəmləri ölkəmiz üçün kifayət deyil. Keçən il 5 milyard dollarlıq satış etdik. Əgər Türkiyədən ev alan xaricilərə uzun müddətli yaşamaq izni və ya vətəndaşlıq versək, qısa zamanda illik 10 milyard dolları da keçə bilərik. Türkiyədə ən qazanclı investisiya vasitəsi daşınmaz əmlakdır. Bizi yaxından təqib edən xaricilərdə bu vəziyyəti çox yaxşı bilir” deyiblər. Xarici layihə sayının ən çox Türkiyənin olduğu sərgidə, GYO Türkiyə və İstanbuldakı investisiya imkanlarını ziyarətçilərlə paylaşarkən, İstanbulda həyata keçirilən Maslak 1453, Büyükyalı və Nidapark Kayaşehir layihələrinin də təqdimatını reallaşdırıb.

Əcnəbiyə xüsusi layihə
GYODER başçısı Əziz Torun da əcnəbiyə mənzil satışında yeni düsturlar yaratdıqlarını söyləyib. Sektor olaraq son 3 ildə xarici mənzil alıcısının nə cür yaşayış binalarını seçdiklərini öyrəndiklərini deyən Torun bildirib: "İstanbul xaricinə də tələbin olduğunu görürük. GYODER üzvləri bundan sonrakı müddətdə tələbə uyğun olaraq Antalya, Bodrum və Qaradəniz kimi bölgələrdə layihələr həyata keçirəcək".

“Ölkəmizdə fəaliyyət göstərən və şirkət sayı ən çox olan xarici ölkə Türkiyədir”
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da sərgidə türk şirkətlərinin sıx şəkildə iştirak etməsindən məmnun olduğunu deyib. Komitə sədri Azərbaycanda kütləvi mənzillə bağlı Kütləvi Mənzil İdarəsi -TOKİ-yə oxşar təşkilat olduğunu ifadə edərək, tikinti və layihə mərkəzli böyümə modelinin əhəmiyyətini qeyd edib. Türk sərmayəçilərə Azərbaycanda investisiya qoymağa çağıran K.Həsənov, "Sərgidə də türk firmaları sıx şəkildə iştirak edir. Biz ölkəmizə türk şirkətlərinin investisiya üçün də gəlməsini gözləyirik. Onsuz da bu an ölkəmizdə fəaliyyət göstərən və şirkət sayı ən çox olan xarici ölkə Türkiyədir. Azərbaycanda investisiya qoymaq üçün fərqli sahələr mövcuddur" deyib.

“Sıx maraq gördük”
“RecExpo”`nun Türkiyənin əmlak layihələrinin xarici sərmayəçilərə təqdimatı baxımından əhəmiyyətli bir sərgi olduğunu söyləyən Tahincioğlu İdarə heyəti başçısı Özcan Tahincioğlu, azərbaycanlı investorların layihələrinə sıx maraq göstərdiyini söyləyib. Tahincioğlu, "Bir çox azərbaycanlı qardaşımız ölkəmizi tez-tez ziyarətə gəlir. Bunun ən böyük səbəbi ictimai və mədəni olaraq yaxın coğrafiyaların bənzər insanları olaraq yaxın həyat vərdişlərini paylaşmağımızdır. Aradakı bu əlaqəni hər iki ölkə üçün də fürsət olaraq görürük. Qardaş ölkələr olaraq qoyacağımız investisiyalar üçün bir-birimizin qapısını döymək, hər kəsin qazandığı bir dəyər yaratmaq çox əhəmiyyətlidir "deyib. Azərbaycan sərgisinin beynəlxalq və əhəmiyyətli bir görüş olduğuna diqqət çəkən Özak GYO-nun baş direktoru Fatih Keresteci, "İçində olduğumuz dövrün Türkiyədə investisiya qoymaq üçün çox uyğun olduğunu buradakı sərmayəçilərə izah etdik. Onların sıx marağıyla qarşılaşdıq" deyib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Nuran Kərimov: “Vergilər Nazirliyi prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir”
21.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını xalqına xidmətdə görür
21.02.2019
Gəmiçilik ilə Bakı Gəmiqayırma Zavodu tankerlərin inşasına dair yeni müqavilə imzalayıb
21.02.2019
Mersi Tembon: “Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk”
21.02.2019
Azərbaycan neftinin bir barreli 68,50 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info