“Sağlam, dayanıqlı və effektiv maliyyə-bank sektorunun yaradılması üçün strategiyamız davam edir”
Tarix: 24.11.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


“Sağlam, dayanıqlı və effektiv maliyyə-bank sektorunun yaradılması üçün strategiyamız davam edir”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bank forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilk növbədə bank sektorunun dayanıqlılığının təmin edilməsi üçün restrukturizasiya proseslərinin qısa müddətdə tamamlanması və sektorun kapitallaşdırılması prosesinə nöqtə qoyulması hədəflənib.
"Bu prosesləri ilin sonu, növbəti ilin ilk ayları ərzində tamamlamağı planlaşdırırıq. Hal-hazırda sağlamlaşdırma prosesində olan sistem əhəmiyyətli yeganə bank olan "Azərbaycan Beynəlxalq Bankı"nın 2017-ci ildən özəlləşdirilməyə hazırlanması prosesinin başa çatdırılmasına hədəflənmişik. Dövlət bankı olduğundan Maliyyə Nazirliyi ilə intensiv danışıqlar aparırıq. Hədəfimiz bankın idarəolunan ölçüyə gətirilərək 2017-ci ilin əvvəllərində özəlləşdirilməyə açıq elan edilməsidir. Biz özəl və ya dövlət, yerli və ya xarici investor olmağından asılı olmayaraq sektorun 40%-nə malik olan bankın bazarda qalmasını dayanıqlılığa çox ciddi təhdid hesab edirik. Bu bankı kimin özəlləşdirməsindən asılı olmayaraq bu bank sektoru üçün təhdid yaratmayacaq ölçüyə gəlməlidir. Bu barədə bizim həm hökumətlə, həm də bank menecmenti ilə konsensusumuz var və bu istiqamətdə müvafiq işlər aparılır", - deyə R. Aslanlı bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
ASCO-nun gəmiləri Xəzər dənizində növbətçiliklərini davam etdirirlər
18.01.2019
Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir
18.01.2019
Yanvarın 18-dən sonra ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir
18.01.2019
Keyfiyyətsiz qida yüzlərlə xəstəliyə səbəb ola bilər
18.01.2019
BNA-dan sürücülərə xəbərdarıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info