ARDNF: Növbəti 15-20 ildə Fonda 100 mlrd. dollar vəsait daxil ola bilər
Tarix: 24.11.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Növbəti 15-20 il ərzində neftin qiymətindən asılı olaraq, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bütün neft-qaz sazişlərindən 100 mlrd. dollar vəsait daxil ola bilər. Bunu ARDNF-in icraçı direktoru Şahmat Mövsümov bank forumunda çıxışında deyib. Onun sözlərinə görə, bu günə qədər isə neft-qaz sazişlərindən Fonda 120 mlrd. dollar həcmində vəsait daxil olub. "Azərbaycanda neft bitməyib, hasilat davam edir. Postneft dövrü dedikdə, biz yeni iqtisadi modelə keçidi nəzərdə tuturuq. 2013-cü ildən başlayaraq neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət öz xərclərini azaltmağa, konsolidasiya etməyə başladı, bu da özünü Dövlət Neft Fondundan büdcəyə edilən transfertlərdə göstərdi. Əgər 2013-cü ildə dollar ifadəsində Fonddan büdcəyə transfertlər 14,5 milyard dollar təşkil edirdisə, cari ildə bu rəqəm 4,7 milyard dollara düşüb, növbəti ildə isə 3,5 milyard dollar ətrafında proqnozlaşdırılır", - deyə Ş. Mövsümov qeyd edib.
Ş. Mövsümov bildirib ki, transfertlərin azalması neftin qiymətindən qaynaqlansa belə, bu, yeni iqtisadi siyasətin göstəricisidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
15.11.2018
“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq”
15.11.2018
Prezident Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info