ADPU-da multimedia təhsilə həsr olunmuş konfrans keçirilib
Tarix: 24.11.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Nyu-York Texniki Universitetinin Fulbrayt proqramı ilə universitetdə çalışan Ph. Doktoru Melda Yıldız multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, İngilis dili və onun tədrisi metodikası və İngilis dili kafedralarının professor və müəllimləri, Filologiya fakültəsinin “İngilis dili” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Melda Yıldız konfransda multilinqual, multikultural və multimedia təhsil haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir dövrümüzdə yeni metodlar və onların tətbiqi, tələbələrin ingilis dilinə mükəmməl yiyələnmələri, bu dili səlis, yüksək səviyyədə öyrənmələri xarici dil müəllimlərinin qarşısında duran önəmli vəzifələrdəndir. Multilinqual, multikultural və multimedia təhsildə tədris tədris planı və proqramların, dərsliklərin dəyişdirilməsi istiqamətində aparılır. Təhsil proqramına uyğun olaraq müasir fəal-interaktiv təlim metodlarına üstünlük verilir. XXI əsrin təhsil sistemində müəllimlərin fəal-interaktiv üsulların tətbiqinə yönəlmiş təlimi diqqət mərkəzindədir.
Hər bir ölkənin inkişafı, əhalisinin həyat səviyyəsi onun elmi və intellektual potensialı ilə ölçülür. Son zamanlar təhsil sahəsində həyata keçirilən islahatlar, baş verən keyfiyyət dəyişikləri təhsilin məzmununa və strukturuna ciddi şəkildə təsir edib. Yüksək elmi potensiala və elmi-tutumlu texnologiyalara malik ölkə kimi Azərbaycan təhsili də inkişaf edir. Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilir. Həyata keçirilən böyük dəyişikliklərdə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri ali təhsilin qabaqcıl Avropa və dünya təhsil məkanına inteqrasiya etməsidir. Təhsil ictimai proses olaraq cəmiyyətdə insanların maraqlarının təmin edilməsinə xidmət edir. Təhsil sahəsində aparılan islahatların məqsədi təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaqdır. Konfransda bu məqsədə nail olmaq üçün təlimin struktur və formalarının, mərhələ və metodlarının yeniləşdirilməsi, pedaqoji innovasiyalardan istifadə və tətbiq, xarici dilin tədrisinin milli-mənəvi dəyərlərimizin nəzərə alınmaqla reallaşmasına nail olmaq ən vacib amillər kimi nəzərə çatdırılıb. Qeyd edilib ki, gənclərin təhsilə marağının artırılması üçün təhsildə fundamental dəyişikliklər aparılmalı, metodika sahəsində isə müasir dünyamızın önəm verdiyi təlim üsullarından istifadə edilməlidir. Xarici dil dərslərində qrup şəkilli işlərin təşkili, proyektorlardan istifadə, slaydlarla təqdimat, diskussiyalar, İKT-dən istifadə, rollu oyunlar, debatlar sübut edir ki, daim dərsin təşkilində edilən yeniliklər və texnologiyaların inkişafı xarici dilin öyrənilməsinə marağı artırır.
Konfransda ADPU-da təhsilin inkişaf perspektivləri, ölkəmizdə mövcud olan müəllim hazırlığı ənənələrini qoruyub-saxlamaqla qabaqcıl beynəlxalq təcrübənin ümumiləşdirilib tətbiq edilməsi, yeni strategiya və konsepsiyalar və mədəniyyətlərarası dialoqla bağlı səmərəli fikir mübadiləsi aparılıb. Qeyd edək ki, belə konfranslar mədəniyyətlərarası dialoqun genişləndirilməsinə səmərəli təsir göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info