EBSCO xidmətlərindən istifadə: BANM və Heriot-Vatt Universiteti nümunəsində
Tarix: 24.11.2016 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb və Heriot-Vatt Universitetinin nümunəsində EBSCO Discovery xidmətlərinin (EDS) resurslarından istifadə ilə bağlı informasiya bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib. Müəllim və yuxarı kurs tələbələri üçün keçirilən təlimi EBSCO Information Service (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və şirkətin Rusiya və MDB ölkələrində təlimlər üzrə mütəxəssisi Tamila Mirkamalova keçiblər.
Təlim çərçivəsində EDS bazasında BANM və Heriot-Vatt Universitetinin tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib. Dinləyicilərə, həmçinin BANM-in EBSCO Discovery Xidməti vasitəsi ilə ictimaiyyətə açıq olan 3.400-dən artıq elektron kitabından ibarət yeni kitabxana kolleksiyası təqdim edilib.
EBSCO Information Service şirkətinin BANM ilə uğurlu əməkdaşlığından bəhs edən İrina Kreysarova deyib ki, “BANM-in kitabxanasını fərqləndirən cəhət burada innovasiya texnologiyalarından fəal istifadə olunmasıdır, ali məktəbin əməkdaşları isə akademik biliklərin müasir elektron formatda gənclərə necə çatdırılmalı olduğunu gözəl başa düşürlər. Eyni zamanda, məmnuniyyətlə qeyd etmək istərdim ki, ali məktəbin təcrübəli müəllimləri yeni biliklərin öyrənilməsində maraqlıdırlar və ən qabaqcıl metodikaları öyrənməyə hazırdırlar. Etiraf edim ki, heç də hər zaman akademik mühitdə bu dərəcədə maraq göstərən və diqqətli auditoriyayaya rast gəlmək olmur”.
EBSCO Information Services şirkəti EBSCO Industries Inc. bölməsi olub kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətdir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri ilə istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və ali məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info