Rüfət Aslanlı: “Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtarırıq“
Tarix: 24.11.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtarırıq".
 Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bank forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün 11 bank üzrə Fond tərəfindən 710 milyon manat məbləğində vəsait ödənilib. "Hazırda təxminən 45 mln. manata qədər vəsait ödənişini gözləyir. Bu ödəniş 130 min əmanətçiyə ödənilməlidir. Fondun bu öhdəliyi yerinə yetirmək üçün bu gün kifayət qədər likvid vəsaitləri var. Dövlət zəmanəti ilə Fonda kredit verilib. Lakin bu kreditlər Fond və ümumilikdə bank industriyasının  hökumət və Mərkəzi Bank qarşısında öhdəliyidir. Bu öhdəliyi qaytarmaq üçün bank industriyası uzun müddət ərzində çalışmalıdır", - deyə R. Aslanlı qeyd edib.
R. Aslanlı bildirib ki, Fond kifayət qədər kapitallaşdırıldıqdan sonra restrukturizasiya prosesi tamamlanmış bank sektoruna və əhaliyə dəqiq siqnal verilməlidir: "Bu siqnalla bildirməliyik ki, biz əmanətlərin sığortalanması sistemini kapitallaşdırmışıq və Fond öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər maliyyə dayanıqlığına malikdir. Bundan sonra dövlət bu proseslərdən kənara çəkilməlidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info