Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 875 illiyinə həsr edilmiş “Nizami və dünya mədəniyyəti” mövzusunda respublika konfransı keçirilib. Tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Nizaminin dünyası və dünyanın Nizamisi” mövzusunda məruzə ilə çıxış edib.
Akademik R.Hüseynov böyük şair Nizami Gəncəvinin zəngin yaradıcılığından, əsərlərinin əhəmiyyətindən danışıb, onun dünya ədəbiyyatına və mədəniyyətinə əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Konfransda müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Nigar
|