BMT: “Hər il təxminən 15 milyon qız 18 yaşına çatmamış nikaha girir”
Tarix: 24.11.2016 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


BMT-nin Baş Məclisi bütün dünyada geniş yayılmış erkən və məcburi nikahların qadağan olunması ilə bağlı qətnamə qəbul edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, hər il təxminən 15 milyon qız 18 yaşına çatmamış nikaha girir.
Sənəddə bildirilir ki, Baş Məclis dövlətləri qızların həyatını təhlükə altında qoyan erkən və məcburi nikahların qarşısının alınması ilə bağlı kompleks tədbirlər görməyə, uşaqların müdafiə sistemini gücləndirməyə çağırır.
Qətnamədə qeyd olunur ki, erkən nikahlar qızları bir çox imkanlardan məhrum edir, onların zorakılıq və qəddar davranışın qurbanı olmaq riskini artırır və sağlamlıqları üçün təhlükə törədir. Erkən nikahlar, həmçinin arzuolunmaz hamiləliyə və ana ölümü hallarının sayının çoxalmasına səbəb olur.
Son 30 ildə kiçikyaşlı gəlinlərin ümumi sayında azalma baş versə də, erkən nikahlarla bağlı problemləri tam şəkildə həll etmək mümkün olmayıb. Erkən nikahlar kənd yerlərində və əhalinin yoxsul təbəqəsi arasında daha geniş yayılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Burkina-Fasoda silhalılar 17 nəfəri qətlə yetiriblər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info