Bakıda “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda konfrans keçirilib
Tarix: 24.11.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Avropa İttifaqı (AI), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda konfrans keçirilib.
 
Mərkəzdən verilən məlumata görə, konfransı giriş nitqi ilə açan Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov tədbirin önəmindən danışıb. O bildirib ki, Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb.
 
E. Mikayılov əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub: “Buna görə də ölkə başçısının tapşırıqları siyasi islahatların iqtisadi islahatlarla paralel şəkildə aparılmasıdır. Bu istiqamətdə Prezidentin sərəncam və fərmanları, eləcə də qəbul olunmuş qanun layihələri atılan addımları daha da effektiv edib”.
 
Elxan Mikayılov həmçinin bildirib ki, beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi fəaliyyətin səmərəliliyini artırır.
 
Sonra SİGMA-nın rəhbəri xanım Karen Hill çıxış edərək bildirib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir. K.Hill dövlətin maliyyə vəsaitindən  səmərəli şəkildə istifadəni, iqtisadi və sosial sahələrdə nailiyyətlərin əldə olunması və bununla da vətəndaşların rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün yaxşı idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Hər bir ölkədə olduğu kimi şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər qurumların müvafiq şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, o cümlədən iqtisadi və sosial islahatlar üçün zəruri əlavə dəstək rolunu oynamaqla uğurlu fəaliyyətə zəmin yaradacaq”.
 
İİTKM-nin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı isə bildirib ki, Azərbaycanda dövlət idarəetməsi ilə bağlı islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir: “Dövlətə məxsus müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində tətbiq edilən və beynəlxalq təcrübədə tövsiyə edilən qabaqcıl qaydalar öyrənilib və Prezident Fərmanına uyğun olaraq tətbiq ediləcək. Dövlət müəssisələri üçün effektiv fəaliyyət üzrə uyğun mexanizmlər müəyyənləşdiriləcək. Bu sahədə dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçiriləçək.”
 
V. Qasımlı həmçinin əlavə edib ki, Milli iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində də dövlət idarəetmə islahatlarının istiqamətləri müəyyənləşdirilib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın spesifik inkişaf modelinə malik olduğunu və bu strateji inkişaf kursunun ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri sayəsində isə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb. Bunun nəticəsində də Azərbaycan regionda iqtisadi baxımdan ən güclü dövlətdir”.
 
Akademik həmçinin əlavə edib ki, milli iqtisadiyyatımızın inkişafı istiqamətində hazırda sistemli islahatlar həyata keçirilir və bu islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir: “Buna görə də Azərbaycan dünyada layiqli yerini tutmağa müvəffəq olub”.
 
Ziyad Səmədzadənin fikrincə, beynəlxalq qurumlar da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
 
Milli Məclisin deputatı Vüsal Hüseynov və ASAN xidmətin aparat rəhbəri Azad Cəfərli “Azərbaycanda cari islahatlar və potensial islahatlar üzrə əsas təmərküzləşmə sahələri” mövzusunda məruzə ediblər. 
 
Konfrans zamanı Avropa İttifaqı Komissiyasının Qafqaz, Belarus və Şərq Tərəfdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Vassilis Maraqos və Aİ nümayəndə heyətinin rəhbəri Malena Mard  “İnstitusional islahatlar - uğurlu inkişaf üçün əsas şərt” adlı məruzə ilə çıxış ediblər. SİGMA-nın baş məsləhətçiləri Marian Lemke, Kaido Paabusk, Daniel İvarsson xüsusi sahələr üzrə İdarəetmə Prinsiplərini təqdim edərək, iştirakçıların suallarını cavablandırıblar. Avropa İttifaqı Əməkdaşlıq Departamentinin rəhbəri Jeroen Viilems isə  qurumun institusional islahatları dəstəkləyən hazırkı və potensial fəaliyyət istiqamətləri barədə danışıb.
 
Müzakirələrin sonunda iştirakçıların rəyi dinlənildikdən sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və SİGMA təşkilatının rəhbəri Karen Hill yekun nitqi ilə çıxış ediblər.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info