Azərbaycan və Belarus şəhərləri arasında əməkdaşlığa dair sənəd imzalanıb
Tarix: 24.11.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın Mingəçevir şəhəri Belarusun Polotsk şəhəri ilə əməkdaşlığı genişləndirir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun Polotsk şəhərinə işgüzar səfər edib.
Səfərin əsas məqsədi qardaşlaşmış şəhərlər olan Mingəçevirlə Polotsk arasında iqtisadi, mədəni, elmi, texniki, turizm və idman sahəsində mövcud olan əlaqələri daha da inkişaf etdirməkdir.
Mingəçevirli həmkarlarını səmimi qonaqpərvərliklə qarşılayan Polotsk İcra Komitəsinin sədri Nikolay Şevçuk Azərbaycanla Belarus arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, qardaşlaşmış şəhərlər olan Mingəçevirlə Polotsk arsında iqtisadi, ticari, idman və turuzm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Rəhbərlik etdiyi şəhərlə Mingəçevirin yüngül sənaye və bir sıra istehsalat müəssisələri arasında qarşılıqlı əməkdaşlığın qurulmasına xüsusi maraq göstərdiklərini bildirən N.Şevçuk bu kimi qarşılıqlı səfərlərin ikitərəfli iqtisadi, ticari əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib.
Səmimi qarşılanmaya görə Polotsk şəhər rəhbərliyinə minnətdarlığını bildiriən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanda bir çox sahələrlə yanaşı, regionların inkişafına xüsusi diqqət ayrıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə Mingəçevir şəhərində həyata keçirilən yenidənqurma və köklü islahatlardan danışıb. O, ölkəmizdə əlverişli investisiya mühitinin olmasından bəhs edərək, Mingəçevirlə Polotsk şəhərlərində fəaliyyət göstərən yüngül sənayə müəssisələri arasında əlaqələrin qurulması, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasının vacibliyini bildirib.
Görüş zamanı qardaşlaşmış şəhərlər arasında müştərək istehsal müəssisələrinin yaradılması, iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi, idman və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunub. Bu sahədə birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Hər iki tərəf bir-birilərinə xatirə hədiyyələri təqdim edib.
Səfər çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri Polotsk şəhərində fəaliyyət göstərən bir sıra yüngül sənaye kompleksləri ilə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info