Bakıda beynəlxalq konfrans keçirilir
Tarix: 24.11.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Dövlət Universitetində (BDU) "Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu: Azərbaycan nümunə kimi” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, BDU, Ədliyyə Nazirliyi nəznində Ədliyyə Akademiyası və Alman İnkişaf Agentliyi (GİZ) tərəfindən birgə təşkil olunan beynəlxalq konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycanın sürətlə inkişaf edən ölkə olmaqla bir çox böyükmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib. Akademikin sözlərindən məlum olub ki, güclü hüquqi sistem sağlam investisiya iqliminin əsasını təşkil edir və BDU-nun Hüquq fakültəsi bunun vacibliyini anlayaraq hüquq təhsilinin gələcək inkişaf yollarını müəyyən etməyə yardımçı olacaq beynəlxalq konfransın keçirilməsinə qərar verib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə bildirib ki, bu tədbir Almaniya, Litva kimi inkişaf etmiş ölkələrin, Moldova, Makedoniya, Gürcüstan kimi inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış olmağa uyğun bir platformadır. Dekan onu da əlavə edib ki, konfransda Bakı Dövlət Universiteti, Moldova Dövlət Universiteti, Vilnus Dövlət Universiteti, Avropa Humanitar Universiteti, Makedoniya Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Azad Universitetinin müəllim heyəti və Gürcüstanın Vəkillər Kollegiyasının üzvü iştirak edir. Burada hüquq təhsilindəki cari problemlər, qarşıya qoyulan məqsədlər və həmin məqsədlərə çatmaq üçün görüləsi tədbirlərin müəyyən olunması müzakirə olunacaq.
Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfovun çıxışından sonra “Qanunun aliliyi – institusional islahatın simvolu“ mövzusunda Moldova Dövlət Universitetinin professoru Olesea Plotnik, “Litvada İnzibati hüquq çərçivəsində qanuni gözləntilərin müdafiəsi” mövzusunda isə Vilnus Universitetinin professoru, Litvanın Hüquq İnstitununun direktoru, professor Jurgita Paužaitė-Kulvinskienė məruzə ediblər. Qeyd edək ki, konfrans iki gün davam edəcək və hüququn müxtəlif sahələrinə dair məruzələr dinləniləcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info