Naftalan və Bərdədə peşə bacarıqlarına dair təlimlər keçirilib
Tarix: 24.11.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Region gənclərinin peşə bacarıqlarının və peşəkarlıq imkanlarının artırılması” layihəsinə uyğun bölgələrdə təlim sessiyalarına start verib. Bu haqda ADTGT İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib.
Naftalan şəhərində və Bərdə rayonunda keçirilən təlimlərdə hər birində 30 nəfər region gənci və yerli rəsmilər iştirak edirdilər. Rayon, şəhər İcra Hakimiyyətləri və yerli Gənclər və İdman İdarələrinin məsul şəxsləri təlimlərin açılışında çıxış edərək, bu tipli maarifləndirici layihələrin region gənclərinin sosial inkişafına müsbət təsirlərini qeyd etdilər.
Təlimləri ekspert qismində ADTGT sədr müavini Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədov apararaq, bölgə gənclərinə peşə bacarıqları, karyera inkişafı, peşəkarlıq imkanlarına dair xüsusi məlumat, informasiya və zəngin bilgilər çatdırdılar.
Hər bir regionda 2 gün davam edən təlim sessiyalarının sonunda iştirakçıların qiymətləndirilməsi aparıldı, onlar üçün hazırlanmış sorğu anketləri dolduruldu və bölgə gənclərinin səciyyəvi sualları cavablandırıldı.
Təlimlərdə iştirakçılara peşə bacarıqları, peşə hazırlıqları, peşəkarlıq imkanları, karyera quruculuğu, peşə-ixtisas seçimi, məşğulluq və iş axtarmaq yolları ilə bağlı məlumat, bilgi və informasiyalarla zəngin olan “Yaddaş Kitabçası” və digər çap materialları paylanıldı.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olundu və sosial şəbəkədə onların virtual qrupunun yaradılması və requlyar əməkdaşlıq qurmaları üçün xüsusi təlimatlar verildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info