Pakistan prezidenti: “Azərbaycan ordusunu tam təchiz etməyə hazırıq”
Tarix: 24.11.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində keçirilən “İDEAS-2016” müdafiə sərgisində iştirak edib.
 
Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti müdafiə sərgisinin açılış mərasiminə qatılıb, müxtəlif ölkələrin stendləri və sərgilənən müdafiə sənayesi məhsullarına baxış keçirib.
 
Səfər çərçivəsində Pakistan prezidenti Məmnun Hüseyn Y. Eyyubovu qəbul edib. Baş nazirinin birinci müavini Azərbaycan prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib.
 
Y. Eyyubov beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini daim dəstəklədiyini vurğulayaraq, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olması, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımaması Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Azərbaycanın Pakistanla daha da istiləşən münasibətlərindən söhbət açan baş nazirin birinci müavini Pakistanla iqtisadi əlaqələrin daha da artırılması istiqamətində aparılan işlərdən, sərgidə iştirakından, əldə olunan razılıqlar haqqında məlumat verib, digər sahələrdə olduğu kimi Azərbaycanın Pakistanla müdafiə sənayesi, hərbi-texniki sahədə də əməkdaşlığının bundan sonrada davam edəcəyini bildirib. Y. Eyyubov Azərbaycan prezidentinin Pakistan prezidentinə ünvanladığı məktubu M. Hüseynə təqdim edib.
 
M. Hüseyn isə Azərbaycan prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu, Azərbaycana yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xoş təəssüratlarla xatırlayıb, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını və bu dəstəyin daim davam edəcəyini qeyd edib. Pakistan prezidenti Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrin, iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edərək, möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticarət və digər əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın iqtisadi potensialı, idxal və ixrac imkanları haqqında söhbət açan prezident ölkəsinin Azərbaycan ordusunu tam təchiz etməyə hazır olduğunu diqqətə çatdırıb. M. Hüseyn Azərbaycan prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistana səfərini gözlədiklərini və bu səfərin də ikitərəfli əlaqələrə xüsusi töhfə verəcəyini bildirib.
 
Görüşdə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov və Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iştirak ediblər. Y. Eyyubov səfər çərçivəsində digər rəsmi şəxslərlə də görüşlər keçirib.
 

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info