AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yeni kitabların təqdimatı keçirilib
Tarix: 24.11.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Ötən gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) noyabr ayı ərzində MEK-ə təqdim olunan kitabların təqdimatı keçirildi. Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova təqdimatı giriş sözülə açaraq, Mərkəzi Elmi Kitabxananın  Beynəlxalq kitab mübadiləsi baradə tədbir iştirakçılarını məlumatlandırdı.
Təqdimatçı Fondların Formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva MEK-in mübadilə apardığı ölkələr haqqında məlumat verərək, qeyd etdi ki, Mərkəzi Elmi Kitabxana cəmiyyətin bir hissəsi kimi xarici ölkələrlə mədəni-elmi əməkdaşlığın genişlənməsinə doğru çalışır, həmçinin dünya elmi informasiya axınını oxuculara çatdırmaq, Azərbaycan elminin innovativ inkişafını ölkə hüdudlarından kənarda təbliğ etmək məqsədi ilə beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlarla qarşılıqlı əməkdaşlıq edir. 
Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru Vaqif Sultanlı oxu mədəniyyətinin formalaşmasında bu səpkidə təqdimatların keçirilməsini təqdirəlayiq olduğunu ifadə etdi. O, xarici ölkələrin kitabxanalarında Azərbaycan bölməsinin yaradılması təklifini irəli sürdu.
Araşdırmaçı-jurnalist, "Diaspor" jurnalistləri birliyinin sədri  Fuad  Hüseynzadə dünya universitet kitabxanalarında Azərbaycan guşəsinin yaradılmasında və bu layihənin daha da prespektivli olması üçün Mərkəzi Elmi Kİtabxananı birgə əməkdaşlığa dəvət etdi.
AMEA Fəlsəfə İnstitutunun elmi işçisi İlham Soltanov kitab və kitabxanaların mənəvi əxlaqımızın formalaşmasında müstəsna rol oynadığını vurğuladı.
Çıxışçılar BDU-nun müəllimi, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Şahlar Əsgərov, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı iqtisad üzrə fəlsəfə doktoru Yaşar Məmmədov, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünalıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun əməkdaşı Ələmdar Məmmədov tədbirlə bağlı fikirlərini bölüşərək mədəniyyətimizin, tariximizin təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdilər.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olub xatirə şəkli çəkdirdilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info