“BMT nümayəndələri tərəfindən zəmanət olmalıdır”
Tarix: 25.11.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


"Hələbdə tətbiq olunan humanitar fasilənin əsas məqsədi şərq rayonlarının bu vaxta kimi terroçular tərəfindən "canlı qalxan" kimi istifadə olunan sakinlərinə real yardım göstərməkdir". Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Təəssüflər olsun ki, bunu humanitar dəhlizi minalayan terrorçular yaxşı başa düşür. Ona görə də Hələbdə humanitar fasilənin bərpa olunmasının şərti yaxşı niyyət deyil, terrorçuların atəşi dayandırması, humanitar yardım karvanının buraxılışı, yaralı və xəstə dinc sakinlərin təxliyəsi ilə bağlı BMT nümayəndələri tərəfindən möhkəm zəmanət olmalıdır", - deyə Rusiya MN nümayəndəsi qeyd edib. Konaşenkovun sözlərinə görə, bu günə qədər BMT nümayəndələrindən heç kəs bu zəmanətlə müraciət etməyib: "Terrorçular isə hər gün Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Nəticədə onlarla insan, o cümlədən uşaqlar həlak olur. Belə olan halda, hazırlıqsız şəkildə tətbiq olunan humanitar fasilə terrorçular tərəfindən ehtiyatlarının bərpa olunması və kütləvi hücumların davam etdirilməsi üçün istifadə olunacaq".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info