Trampın oğlu ötən ay Parisdə Rusiya ilə dialoqun tərəfdarları ilə görüşüb
Tarix: 25.11.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“Wall Street Journal”: “Görüş zamanı oğul Tramp Yaxın Şərq məsələsində Rusiya ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini israrla vurğulayıb”

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın oğlunun ötən ay Parisdə Suriya münaqişəsinin həlli ilə bağlı Rusiya ilə əməkdaşlığın mümkün yollarının axtarışı istiqamətində bir sıra diplomatlar, iş adamları və siyasətçilərlə müzakirələr apardığı bəlli olub. Bu barədə görüş iştirakçilarından birinə istinad edən “Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə oğul Trampın da qatıldığı tədbiri Faben Bossar və onun həyat yoldaşı Randa Kassisin təsisçilik etdikləri “Münaqişənin sonu asanlaşdırmaq üçün Rusiya ilə sıx əməkdaşlıq” adı altında Fransa analitik mərkəzi təşkil edib. “Wall Street Journal”a açıqlama verən Suriya müxalifətinin “Plüralist hərəkatı cəmiyyəti”nin sədri Randa Kassis görüş zamanı oğul Trampın Yaxın Şərq məsələsində Rusiya ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini israrla vurğulayıb. “Biz bu məsələlərdə realist olmalıyıq. Hazırda Suriyada-hadisələrin baş verdiyi yerdə kim var? Təbii ki, nə ABŞ, nə də Fransa. Rusiya olmadan, biz Suriya ilə bağlı hər hansı bir qərar qəbul etmək iqtidarında deyilik”- deyə, oğul Tramp görüşdə bildirib. Qeyd edək ki, Trampın müşaviri Kellienn Konuey oğul Trampın Parisdə keçirilən tədbirə qatıldığını təsdiq etsə də, onun Randa Kassis ilə hər hansı bir məsələni müzakirə etdiyini təkzib edib. Xatırlatmaq yerinə düşər ki, elə bu günlərdə Suriya böhranının siyasi həlli ilə bağlı Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Bogdanov Randa Kassis ilə müzakirələr aparıb. Donald Trampın özü isə “New York Times” nəşrinin əməkdaşlarına verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə birgə Suriyada baş verənlərə son qoymağın artıq vaxtı çatıb. Suriyada yaşananlarla bağlı “ciddi ideya”ya sahib olduğunu bildirən Donald Tramp bu ideyanın yalnız Rusiya ilə birgə həyata keçirməyin mümkünlüyü barədə açıqlama verib: “Məndə Suriya barədə bəzi ciddi fikirlər formalaşıb. Hazırda Suriyada dəhşət yaşanır, minlərlə insan ölür. Mən bunu biabırçılıq kimi dəyərləndirirəm. Biz Suriya üçün nəsə etməliyik. Məhz buna görə də bu məsələlərlə bağlı Putinlə danışdım. Bilirsiniz ki, o, mənə zəng etmişdi”. Tramp Rusiyanın ABŞ ilə dil tapıb “İŞİD”-ə qarşı da birgə mübarizə aparmağın yaxşı nəticələr verə biləcəyini istisna etməyib. Lakin Tramp “İŞİD”-ə qarşı mübarizənin həm də böyük pul xərci tələb etdiyini də istisna etməyib: “Lakin bütün bunlara baxmayaraq, bu problemi tezliklə həll etməliyik, əks halda, biz döyüşməkdə davam edəcəyik”. Tramp ABŞ-ın Suriya böhranına müdaxilə etməsini ölkəsinin “dəhşətli səhvi” kimi dəyərləndirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info