Jurnalistlər üçün müsabiqə elan olunub
Tarix: 02.04.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Mobitel”, “Caspian Telecom”, “Inteqral”, “Sun Mobile” şirkətləri kütləvi informasiya vasitələrinin nümayəndələri arasında “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda müsabiqə elan edib.
Nazirlikdən bildiriblər ki, aprelin 30-dək davam edəcək müsabiqədə iştirak etmək üçün qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul olunur. Məqalələrin qiymətləndirilməsi zamanı nəşrin Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir. Müsabiqəyə məqalələri təqdim etmək üçün “info@infomerkez.az” elektron poçtuna və ya (012) 408 73 70 nömrəsinə müraciət olunmalıdır.
Müsabiqə çərçivəsində hazırlanan məqalələr “IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri”, “IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları” mövzularını əhatə etməlidir.
Qaliblər müsabiqə təşkilatçılarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və 3 müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq. Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə müsbət təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info