AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yeni kitabların təqdimatı keçirilib
Tarix: 25.11.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Ötən gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) noyabr ayı ərzində MEK-ə təqdim olunan kitabların təqdimatı keçirilib.
Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova təqdimatı giriş sözü ilə açaraq, Mərkəzi Elmi Kitabxananın beynəlxalq kitab mübadiləsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. Təqdimatçı Fondların Formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva MEK-in mübadilə apardığı ölkələr haqqında məlumat verərək, qeyd edib ki, Mərkəzi Elmi Kitabxana cəmiyyətin bir hissəsi kimi xarici ölkələrlə mədəni-elmi əməkdaşlığın genişlənməsi istiqamətində çalışır. Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Vaqif Sultanlı oxu mədəniyyətinin formalaşmasında bu səpkidə təqdimatların keçirilməsinin təqdirəlayiq olduğunu ifadə edib. O, xarici ölkələrin kitabxanalarında Azərbaycan bölməsinin yaradılması təklifini irəli sürub. Araşdırmaçı-jurnalist, "Diaspor" jurnalistləri birliyinin sədri Fuad Hüseynzadə dünya universitet kitabxanalarında Azərbaycan guşəsinin yaradılması və bu layihənin daha da perspektivli olması üçün Mərkəzi Elmi Kİtabxananı birgə əməkdaşlığa dəvət edib. AMEA Fəlsəfə İnstitutunun elmi işçisi İlham Soltanov kitab və kitabxanaların mənəvi əxlaqımızın formalaşmasında müstəsna rol oynadığını vurğulayıb. BDU-nun müəllimi, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Şahlar Əsgərov, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Yaşar Məmmədov, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünalıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun əməkdaşı Ələmdar Məmmədov tədbirlə bağlı fikirlərini bölüşərək mədəniyyətimizin, tariximizin təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdilər. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olub xatirə şəkli çəkdiriblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info