Çin şirkəti Azərbaycanda alternativ enerji sahəsində bir sıra layihələr həyata keçirəcək
Tarix: 25.11.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov Çinin CPECC şirkətinin nümayəndə heyətini qəbul edib. Dövlət Agentliyindən verilən məlumata görə, Dövlət Agentliyinin sədri 2015-ci il dekabrın 7-də ABOEMDA ilə Çinin Energetika üzrə Dövlət İdarəsi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tədbirlərin və xüsusilə bu sırada Pirallahı Külək Parkı layihəsinin həyata keçirilməsinin hər iki dövlət qurumu üçün vacib olduğunu qeyd edib.
Eyni zamanda CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri Xuye Danfeng “Azalternativenerji” MMC ilə CPECC şirkəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Xəzər dənizi akvatoriyasında tikintisi nəzərdə tutulan 200 MVt-lıq “Pirallahı Külək Parkı” layihəsinin icrası üzrə görülmüş işlər haqqında ətraflı məlumat verib. Tərəflər Azərbaycanda və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparıb və müvafiq razılıq əldə ediblər. A. Bədəlov və X. Danfeng ikitərəfli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info