Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq olimpiada
Tarix: 02.04.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Aprelin 5-6-da Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO) keçiriləcək.
Bununla bağlı keçirilən mətbuat konfransında “Çağ Öyrətim” İşlətmələri Şirkətinin Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib ki, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ Öyrətim” İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Onun sözlərinə görə, olimpiadanın keçirilməsi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək və digər məqsədlərə xidmət edir: “Bu il VII “İnepo Avrasiya” Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. 2013-cü ildə Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-si növbəti mərhələyə keçib. “Çağ Öyrətim” İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən bildirib ki, bu olimpiadada iştirak edənlərin sayı hər il artır. Onun sözlərinə görə, olimpiada dünyada Türkiyədən sonra Azərbaycanda keçirilir: “Bu gün dünyada ekologiya sahəsində mövcud olan problemlər və onların həlli daima müzakirə olunan əsas məsələlərdən biridir. Sənaye və texnologiya inkişaf etdikdə onun yaratdığı problemlərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Bu gün xəstəliklər dünənə nisbətən daha çoxdur. Buna qarşı tədbirlərin görülməsi, ətraf mühitin qorunması hər ötən gün aktuallığını artırır. Azərbaycanda da hər kəs buna özünəməxsus formada layiqli töhfələr verməyə çalışır. Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası da şagirdlərə ətraf mühitin qorunması sahəsində lazımi işlər görməyə təkan verir”. Qeyd edək ki, 2012-ci ildə keçirilən olimpiadaya 42 ölkədən 250-dən artıq iştirakçı qatılıb. Azərbaycan məktəblərində 200-dən artıq layihə arasında 70 layihə, xarici ölkələrdən isə 48 layihə seçilib.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info