Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes-forumu keçirilir
Tarix: 25.11.2016 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” adlı biznes-forum keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1520 millimetr (relslər arası məsafə) məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı, logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.
Baş nazirin müavini Abid Şərifov iştirakçılara Azərbaycan dəmir yollarının yaranma tarixi, keçdiyi mərhələlər barədə məlumat verib, görülən işlərdən danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına yönəlmiş sərəncamlarını diqqətə çatdırıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, forumda, həmçinin “Xəzər tranziti – Dünyanın dörd tərəfini birləşdirərək”, “Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü, “Xəzər halqası – açıq dəmir yolunun işə salınması ilə region dövlətlərin mənfəəti”, “İxrac diversifikasiyası – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar”, Maliyyələşdirmə - irimiqyaslı ixrac mexanizmləri”, “İnfrastruktur – birgə yol çəklişinin istiqmətləri”, “Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları”, İnvestisiyalar – bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər”, “Bərə əlaqəsi – dəmir yolunun davamı kimi” mövzularında müzakirələr aparılacaq.
Biznes-forum çərçivəsində, “TransKonteyner” və “Port Dalyan Ltd koorparasiyası” şirkətləri arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info