Thonq Khon: “Azərbaycanın turizm şirkətlərinin Kambocada fəaliyyəti üçün münbit şərait yaradılacaq”
Tarix: 25.11.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Kamboca arasında turizm sahəsində, o cümlədən qarşılıqlı turist axının artırılması və bu istiqamətdə sərmayə qoyuluşunun təşviqi məqsədilə Azərbaycanın ixtisaslaşmış şirkətlərinin Kambocada fəaliyyəti üçün münbit şərait yaradılacaq. Bu fikri Kambocanın turizm naziri Thonq Khon iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın bu ölkədə akkreditə olunmuş səfiri Anar İmanovla görüşdə deyib.
Azərbaycanın Kamboca Krallığında akkreditə olunan səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə T.Khon turizm sahəsində perspektivlərin geniş müzakirəsi və hüquqi bazanın yaradılması üçün 2017-ci ildə Azərbaycana səfər etmək niyyətində və “Turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamağa hazır olduğunu qeyd edib.
Səfir Anar İmanov 2014-cü ildə Kamboca Krallığının Baş naziri Hun Senin ölkəmizə rəsmi səfərinin Azərbaycan ilə Kamboca arasında münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. Diplomat həmin səfər zamanı müxtəlif istiqamətlər üzrə, o cümlədən turizm sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.
A.İmanov sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın son illərdə turizm sahəsində topladığı təcrübəni və sahib olduğu böyük imkanları Kamboca ilə bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info