“Avropa Parlamentinin qərarı Ankaraya münasibətdə ikili standartın göstəricisidir”
Tarix: 25.11.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqların dayandırılmasını tövsiyə edən qətnaməsi Ankara üçün gözlənilən idi və bu, Ankaraya münasibətdə ikili standartın göstəricisidir. Bunu Trend-ə Türkiyənin Prezident Administrasiyasından bildiriblər.
Administrasiyadan deyiblər: "Türkiyə dəfələrlə bəyan edib ki, bu qərar Ankara üçün heç bir hüquqi xarakter daşımır. Avropa İttifaqına üzvlük üçün Türkiyənin yolunu kəsmək əvəzinə, Avropa Parlamenti Aİ və Ankara arasında dialoq yollarının genişləndirilməsinə kömək etməli idi. Türkiyə demokratik dəyərlərə həmişə sadiq olub".
Bu gün Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqların dayandırılması barədə tövsiyə xarakterli qətnaməni təsdiqləyib.
Sənəd Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra yaranan vəziyyətlə və fövqəladə vəziyyət rejiminin şərtləri ilə bağlı Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqların dondurulmasını tövsiyə edir.
Qətnamədə bildirilir ki, Türkiyə danışıqların bərpası üçün fövqəladə vəziyyət rejimini ləğv etməlidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info