“Bəzi gənclər başa düşmürlər ki, antimilli qüvvələrin əllərində oyuncaq olublar”
Tarix: 02.04.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Aqil Acalov: “Mən üzümü həmin gənclərə tutub deyirəm ki, eyforiyaya qapılmasınlar, dünyada gedən prosesləri dərindən təhlil edib addım atsınlar”

M üsahibimiz Azərbaycan Sayokan Federasiyasının I vitse-prezidenti, Gələcəyə Baxış İctimai Birliyinin həmsədri Aqil Acalovdur.

-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu fikir təkcə mənim deyil, mənim kimi düşünən minlərlə azərbaycanlı gəncindir. Gəlin qəbul edək ki, dövlətin və xalqın gələcəyi bizim kimi gəncliyin əlindədir. Bu günü ilə yanaşı, sabahını, gələcəyini düşünən millət öncə gəncini düşünməli, öz gələcəyini qurmaq üçün onun gücünə, zəkasına, iradəsinə əmin olmalıdır. Bunun üçün dövlətin və cəmiyyətin birgə fəaliyyəti, məqsədyönlü, gələcəyə istiqamətlənmiş siyasəti və strategiyası olmalıdır. Azərbaycanda bununla bağlı həmişə məqsədyönlü fəaliyyət proqramı olub, bu gün də var, sabah da olacaq.
Azərbaycan gəncliyinin həyatında ciddi dönüş ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra məhz Heydər Əliyevin apardığı məqsədöyünlü siyasətdən sonra baş verib. Ulu öndərimizin sayəsində nəinki gənclərə diqqət və qayğı göstərildi, həm də ölkədə dövlət səviyyəsində məqsədyönlü gənclər siyasətinin əsası qoyuldu. Bu gün bu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin 1-ci forumu keçirilib. Ulu öndərin 1997-ci ildə imzaladığı sərəncamla forumun keçirildiyi gün 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilib. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamdan irəli gələn 100-dən çox bəndin həyata keçirilməsi müasir gəncliyin problemlərinin həll edilməsi istiqamətində mühüm addım olub. 9 aprel 2002-ci ildə qəbul olunan “Gənclər siyasəti haqqında” qanun və daha sonra 7 iyul 2011-ci il Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin öz potensiallarını üzə çıxarmaq, bilik və bacarıqlarını artırmaq və özlərini fərd olaraq sübut etmək üçün böyük imkanlar açılmış oldu.
- Dövlətin gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- İlk olaraq qeyd edim ki, son məlumatlara əsasən, ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatı var. Sizcə, bu dövlətimizin tutduğu gənclər siyasəti kursunun gənclərə öz potensialını üzə çıxarması üçün sadə bir misal deyilmi? Bu gün gənclər Azərbaycan cəmiyyətinin aparıcı qüvvələridir. Dövlətin mühüm sayılan qurumlarının rəhbərləri içərisində gənclərimiz da təmsil olunurlar. Eyni zamanda dünyanın tanınmış ali təhsil ocaqlarına oxumağa göndərilən gənclərimizin sayı günü-gündən artır. Bununla paralel olaraq, yerli təhsil ocaqlarında gənclərimizin müasir tələblərə cavab verən təhsilini davam etdirmələrinin və müxtəlif sahələrdə peşə hazırlığına yiyələnmələrinin təmin olunması üçün geniş imkanlar yaradılıb. Gənclər dövlətin əsas aparıcı təbəqəsi olmaqla yanaşı, eyni zamanda əmək qabiliyyətli əhalinin əsas hissəsini təşkil edir. Onların sahib olduğu enerjini, potensialı doğru istiqamətə yönəltmək və bundan səmərəli şəkildə istifadə etmək lazımdır. Azad bazar iqtisadiyyatı yolunu seçən dövlətlərdə gənclərin seçim imkanlarını təmin etmək üçün imkanlar daha geniş və çoxşaxəli olur. Bax bu imkanlar bizim üçün yaradılıb və hesab edirik ki, yaxın gələcəkdə daha geniş imkanlara malik olacağıq. Azərbaycanlı gənc iş adamları bu gün imkanları daxilində bir sıra ölkələrin iqtisadiyyatına sərmayə qoyur. O cümlədən ayrı-ayrı banklarla əlaqə saxlayırlarsa, bunun özü də ölkəmizin xeyrinədir. Bu, potensialımızın gücündən xəbər verir.
- Gənclər ictimai-siyasi işlərdə hansı fəallıq göstəririlər?
- Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın qlobollaşan dünyadakı mövqeyinin möhkəmlənməsi üçün yürütdüyü siyasətdə fəal iştirak edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Sevindirici haldır ki, istər ictimai-siyasi proseslərdə, istər dövlət quruculuğunda, ölkədə müxtəlif islahatların aparılmasında, istər biznes sahəsində, istərsə də elm aləmində yüzlərlə gənc təmsil olunur. Eyni zamanda, gənclərimiz beynəlxalq miqyasda Azərbaycanı layiqincə təmsil etməyi bacarır. Azərbaycan gəncliyi Azərbaycan dövlətinin dövlət maraqlarını, onun adını, bayrağını çox yüksək zirvələrə qaldırır, qaldırmaqda da davamlıdır. Gəncliyin gördüyü işlər çox məqsədyönlü olduğundan, onların atdığı hər addım xalqımıza baş ucalığı gətirir.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Öncə qeyd edim ki, belə gənclər çox səhv yoldadırlar. Onlar başa düşmürlər ki, bəzi antimilli qüvvələrin əllərində oyuncaq olublar. Dövlətimizin dünya birliyinə uğurla inteqrasiyası, Qarabağ kimi böyük dərdimizin olduğu, regional dövlətlərin Azərbaycana olan maraqlarının fəallaşdığı bir dövrdə belə təsir onların özlərindən başqa heç kimə zərər gətirməyəcək. Mən üzümü həmin gənclərə tutub deyirəm ki, eyforiyaya qapılıb hərəkət etməsinlər. Dünyada gedən prosesləri dərindən təhlil edib addım atsınlar. Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində iş aparmaq əvəzinə onların beyinlərini dövləti parçalamaq kimi ideyalarla dolduran qüvvələr elə birincı addımda onların arxalarından qaçırlar. Bu faktı gənclərimizin diqqət mərkəzində saxlamağını çox istərdim. Bunu bilmək üçün sadəcə prosesləri diqqətlə izləməyi məsləhət görərdim.
- Dövlətin gənclərə diqqət və qayğısından razısınızmı?
- Bu gün Azərbaycanda istər xaricdə təhsil alan, istərsə də ölkəmizdə yaşayan gənclərin maddi və mənəvi problemlərinin həlli istiqamətində bir sıra ictimai birliklər fəaliyyət göstərir. Bu gün biz bir sıra sahələrdə həmin fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini və uğurlu nəticələrini görürük. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkil edilməsi ölkəmizdə gənclərlə bağlı bir sıra sahələrdə önəmli rol oynayacaq. Gəncliyimizə azad Vətən sevgisi, torpaq məhəbbəti bəxş edən müstəqilliyimiz onlara həm də dövlət maraqları naminə birləşməyi öyrədib. Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması gəncliyin dövlətə, dövlətçiliyə bağlı şəkildə yetişməsinə böyük təkan verib və bu təkanı bu gün də görürük. Azərbaycan gəncliyi bütün dövrlərdə öz mübarizliyinə, vətənpərvərliyinə, qəlbində dövlətinə, dövlətçiliyinə bəslədiyi böyük məhəbbətə görə seçilib. Biz Azərbaycan gənci olmağımızla qürur duyuruq. Yeri gəlmişkən, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda da gənclərlə bağlı çox mühüm müddəalara yer verilib. Proqramda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi, bu sahədə səmərəli dünya təcrübəsinin tətbiq edilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə respublikamızda sosial siyasətin yeni tələblərə uyğun olaraq inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb. Proqramda həmçinin neft gəlirlərinin iqtisadi sahələrlə yanaşı, sosial sektorlara və insan kapitalının inkişafına yönəldilməsi insan amilinin inkişafına yönəldilmiş investisiyaların cəlb edilməsi üçün imkanların müəyyənləşdirilməsi, bütün perspektiv layihələrdə məhz gənclərin fəal təbəqə kimi iştirakının təmin olunması nəzərdə tutulub. Yəni gənclərin ölkəmizin ictimai, siyasi, iqtisadi, sosial, elmi, mədəni, humantiar, idman və digər sahələrdə aparıcı qüvvə kimi statusunun gücləndirilməsi əsas hədəflərdəndir. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlər insanların rifahının, həyat səviyyəsinin yaxşılaşmasına, ölkəmizin müasirləşməsinə, yeniləşməsinə, yeni dünyagörüşünün formalaşmasına, yeni münasibətlərin tətbiq olunmasına yönəlib. Təbii ki, gənclər bütün bu proseslərin fəal iştirakçılarına çevriliblər. Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb. Prezidentimiz bizi düşünürsə, biz niyə onun yanında olmayaq? Cənab Prezidentin yanında olmaq hər bir gəncin mənəvi borcudur. Biz gələcəyə baxışımızı cənab İlham Əliyevlə birgə görürük.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Hesab edirəm, ilk növbədə, gənclər öz üzərlərində iş aparmalıdırlar. Bunun üçün oxumaq, xarici dil öyrənmək, xarici ölkələrdə təhsil almaq və dövlətçilik ideyalarını mənimsəməlidirlər. Bu gün informasiya texnolgiyalarının inkişaf etdiyi bir məkanda yaşayırıq və ondan müsbət yararlanmaq olar. Müxtəlif istiqamətlərdə proqramlarda iştirak etmək çox vacibdir. Bunlara əməl edən gənclərimizin xoş gələcəyindən əminəm.
- Sizin rəhbəri olduğunuz təşkilat bu istiqamətdə hansı işlər görür?
-Biz Gələcəyə Baxış İctimai Birliyini yaratmazdan öncə müxtəlif istiqamətlərdə işlər görürdük. Baxdıq ki, ətrafımızda saf düşüncəli gənclər çoxalır, biz bu birliyi yaratmaq qərarına gəldik. Ən böyük məqsədimiz Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması istiqamətində iş görən dövlət başçımızın yanında olmaq və onun rəhbərliyi altında fəaliyyətimizi aparmaqdır.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info